Qaqauziyada pulsuz türk dili kurslarının fəaliyyəti bərpa olunub
Kişineu, 18 sentyabr, AZƏRTAC
Komratda pulsuz türk dili kurslarının fəaliyyəti bərpa olunub. Arzu edən hər kəs bu kursların köməyi ilə türk dili biliklərini artıra bilər.
AZƏRTAC xəbər verir ki, kurslara yazılmaq üçün yaş məhdudiyyəti yoxdur. “gagauzinfo.md” portalının məlumatına görə, bu muxtar ərazidə yaşayan 7-70 yaşlı sakinlər kurslarda müdavim ola bilər.
Türk dili kurslarının rəhbəri Komrat Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri Şamil Şahin deyib: “Bizim kurslar onlara yazılmağı arzu edən hər kəs üçün açıqdır. Kurslarda mühazirələr başa çatandan sonra ən yaxşı müdavimlər Türkiyədə bir aylıq dil praktikası keçməyə gedə bilərlər”.
Türk dili kurslarında məşğələlər orta hesabla 150-160 saat davam edir. Bu, təqribən 3 ay deməkdir. Arzu edənlər Komratdakı türk kitabxanasına müraciət edərək öz əlaqə məlumatlarını təqdim etməlidirlər.
Bir qrupa yazılanların sayı 10 nəfərə qədər olsa, məşğələlər əyani keçiriləcək. Arzu edənlərin sayı çox olsa təşkilatçılar onlayn təlim formatından istifadə edəcəklər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]