Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qara Qarayev tələbələrinin xatirəsində

Bakı, 5 fevral, Turan Teymurov, AZƏRTAC

Azərbaycan musiqisinə şöhrət gətirən məşhur sənət korifeyləri sırasında bəstəkar və pedaqoq, SSRİ Xalq Artisti, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli ictimai və elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Qara Qarayevin xüsusi yeri var. Onun əbədiyaşar musiqisi neçə-neçə illərdir ki, dünyanın nəhəng konsert salonlarında səslənir.

Qara Qarayev milli və bəşəri yaradıcılığı ilə gələcəyə yol açan novator sənətkarlardandır. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkarın ömrünün mühüm tərkib hissələrindən birini də müəllimlik təşkil edirdi.

Ona dövrünün görkəmli alimi, professor Georgi Şaroyev, Leopold Rudolf və ən başlıcası, Üzeyir Hacıbəylidən dərs almaq nəsib olmuşdu. Həmin sənət dühalarının tələbəsi, əlbəttə, sıradan biri ola bilməzdi. Olmadı da...

Qara müəllimdən dərs alanlar, onun yaradıcılıq çeşməsindən su içənlər böyük bəstəkarın sənət yolunu uğurla davam etdirirlər.

AZƏRTAC-ın müxbiri bəstəkarın bir əsrlik yubileyi ərəfəsində onlardan bir neçəsi ilə görüşüb söhbət edib.

Zəngin və bənzərsiz dünyaya aparan yol

Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə: “Fəxr edirəm ki, Qara Qarayevin 33 il sədrlik etdiyi Bəstəkarlar İttifaqında çalışıram. Bir neçə il əvvəl ABŞ-ın Santyaqo şəhərində olarkən “Yeddi gözəl” baletinin böyük uğurla nümayiş etdirildiyinin şahidi oldum. “Yeddi gözəl” okeanın o tayında sanki yenidən kəşf olunurdu. Salona toplaşanların gurultulu alqışlarını eşidəndə qəlbim sevinc və fərəh hissi ilə doldu. Bu, Qara Qarayev musiqisinin bəşəriliyinin nümayişi idi.

O, bir müəllim kimi çox ciddi və tələbkar idi, güzəştə yol verməzdi, kübar davranışı ilə seçilirdi. İşinə, peşəsinə olduqca məsuliyyətlə yanaşır və bizdən də onu tələb edirdi. Biz həftədə iki dəfə Qara müəllimin dərslərində iştirak edirdik. Onun dərsləri bir növ açıq formada keçirilirdi. Tələbələrlə yanaşı, həmin dərslərin dinləyiciləri sırasına bəstəkar, musiqişünas, musiqiçi, hətta rəssam və jurnalistlər də qatılırdı.

Qara müəllim çox demokratik idi, tələbələrinə böyük hörmətlə yanaşırdı. O, auditoriyada böyük musiqi professoru, auditoriyadan kənarda isə həmkar və dost idi. Ona görə də biz onun etimadını doğrultmağa, sevgisini qazanmağa çalışırdıq. Bəlkə də elə buna görə onun hər dərsi kiçik bir imtahana çevrilirdi. Başqa tələbələr ildə iki dəfə imtahan verirdi, biz isə həftədə iki dəfə. Bu, sözün həqiqi mənasında, xoşbəxtlik və məsuliyyət idi.

Professorun dərsləri ilə bağlı evdə tez-tez həvəs və iftixarla danışırdım. Bir gün atam mənə dedi: “Qızım, sən hər dərsdən sonra öz təəssüratlarını qeyd elə, vaxt gələcək ki, bunların hamısı unudulmaz tarixə çevriləcək”. Atamın tövsiyəsinə əməl edərək hər dərsdən sonra professorla bağlı təəssüratlarımı yazmağa başladım. Sonralar unudulmaz müəllimim haqqında yeddi oçerkdən ibarət böyük bir kitab nəşr etdirdim. Azərbaycan, rus və ingilis dilində işıq üzü görən həmin kitabda ilk dəfə Qara Qarayevin nadir fotoları əks olunub.

O, çox alicənab və yaraşıqlı idi, simasında filosof görkəmi vardı. Tələbələrindən yalnız və yalnız peşəkarlıq tələb edirdi. Çox istəyirdi ki, tələbələri, ilk növbədə, klassik musiqi ənənələrini, qanun-qaydasını dərindən öyrənsinlər və yalnız bundan sonra özlərini axtarışlara yönəltsinlər. Bu, onun heç vaxt dəyişməyən pedaqoji prinsipi idi. Birinci kursdan avanqard musiqi bəstələmək, özünü sübut etmək iddiasına düşən tələbələrinə klassik musiqini mükəmməl öyrənəndən sonra eksperimentlər aparmağı məsləhət görürdü. Ona görə də klassik musiqinin dəqiq öyrənilməsi ciddi bir tələb kimi qarşıya məqsəd qoyulurdu.

Bütün bunlarla yanaşı, çox ürəyiyumşaq idi. Kiminsə ehtiyacı olanda, kimsə hansısa problemlə üzləşəndə biganə qalmır, dərhal kömək əlini uzadırdı. Tələbə yoldaşlarımız arasında atası rəhmətə getmiş, anası heç yerdə işləməyən kasıb bir qız vardı. Qara müəllim heç kimə bildirmədən hər ay ona müəyyən məbləğdə pul göndərirdi. Qız çox-çox sonralar həmin vəsaiti Qara müəllimin göndərdiyini öyrənmişdi...

Qara Qarayev heç vaxt tələbələrindən onun üslubunu davam etdirməyi tələb etmirdi. Sevimli bir ifadəsi var idi: “Müasir musiqidə çox yollar var. Mən sizə bu zəngin və bənzərsiz dünyanı açıram ki, öz yolunuzu seçəsiniz”.

O, tələbələrinin hər birinin fərqli cəhətlərini, onların gələcəkdə hansı yolla gedə biləcəyini hiss edirdi. Onun tələbələri olan Hacı Xanməmmədov, Tofiq Bakıxanov, Arif Məlikov, Xəyyam Mirzəzadə, Polad Bülbüloğlu, Vasif Adıgözəlov, Fərəc Qarayev və başqaları öz peşəkarlığı, tələbkarlığı, vəzifəsinə, seçdiyi peşəyə böyük fədakarlıqla yanaşması baxımından Qara Qarayev ənənələrini davam etdirib. Lakin onların hər birinin yaradıcılığı fərqlidir. Professor Qara Qarayev dahi müəllim idi. Onun pedaqoji istedadından nə qədər danışsaq da, yenə də azdır. Biz və bizdən sonra gələn musiqiçilər nəsli həmişə ondan bəhrələnəcək....

Bəstəkar müdrikliyi

Əməkdar İncəsənət Xadimi, bəstəkar, musiqişünas Nərgiz Şəfiyeva: - Ötən əsrin 50-60-cı illəri Qara Qarayev yaradıcılığının ən məhsuldar dövrü idi. Onu nəinki ölkəmizdə, həmçinin dünyanın digər xarici ölkələrində də tanıyırdılar. O vaxt konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil olanların, demək olar ki, böyük əksəriyyəti Qara Qarayevin sinfində oxumaq istəyirdi. Ona görə də onun sinfinə düşmək çətin idi. Mənim onun sinfinə düşməyim gözlənilməz və təsadüf oldu. İndiki kimi yadımdadır, 1958-ci il sentyabrın 4-də konservatoriyanın foyesində Yelana Artyomovna inzibati otaqdan çıxaraq təlaşla mənə yaxınlaşdı: “İki saatdır auditoriyada sizi axtarırlar! Bu gün Qara müəllimin dərsidir, səndən başqa hamı auditoriyadadır. O, məni auditoriyaya apardı. Özümü ələ alıb gecikməyimin səbəbini söylədim... Yarım saatdan sonra Qara müəllim not yazılarımı vərəqləyir, suallar verir, bəstələrimlə maraqlanırdı. Sonra o, qətiyyətlə: “Sinfimdə çalışacaqsınız”, - dedi. Həmin gündən gərgin və məsuliyyətli, narahat, eyni zamanda, sevincli və səadət dolu günlərim başlandı, Qara Qarayevin musiqiçi şəxsiyyəti, pedaqoji ustalığı və təkraredilməz dərsləri tələbəlik həyatını ömrümün ən gözəl və unudulmaz illərinə çevirdi.

O, son dərəcə tələbkar, eyni zamanda, mərhəmətli pedaqoq idi. Professorun tələbəsi adını doğrultmaq üçün gecə-gündüz çalışmaq lazım gəlirdi. Professorun zəngin və hərtərəfli musiqi biliyi, geniş məlumatı böyük bir bəstəkarlıq universiteti idi.

1964-cü ildə ailəmizdə baş verən bəzi problemlərlə əlaqədar Qara müəllimlə ünsiyyətdən, onun mənəvi dünyasından ayrılmalı oldum. Onun artıq Moskvada yaşadığından xəbərdar idim. Buna baxmayaraq, vaxtaşırı tələbələri ilə maraqlanır, onlardan xəbər tuturdu. Professorun onun yanına gedib-gələnlərdən mənim haqqımda soruşduğunu da eşitmişdim. Nəhayət, 1974-cü ilin mayında professorla Bakıda görüşdük. Qara müəllim xeyli dəyişilmiş, uzun illərin qayğı və yorğunluğunun izləri onun üz cizgilərinə hopmuşdu. Lakin onun gözlərindən tükənməz həyat eşqi oxunurdu. On il ərzində qarşılaşdığım müxtəlif həyati sınaqlara baxmayaraq, yaradıcılıqdan ayrılmadığımı öyrənib çox sevindi, əsərlərimlə tanış oldu. Onun müdrikliyi, adi meyarlardan çox-çox yüksək məntiqi, heyrətamiz musiqi duyumu təəccüb doğururdu.

Sənət barədə xeyli söhbət etdik, məsləhətlərini verdi, məni yaradıcılığa, yeni əsərlər yazmağa ruhlandırdı. Bəstəkarla həmin görüşün bütün anları yadımdadır və az qala hər gün xəyalən onunla olan həmin görüşün detallarını gözlərim önünə gətirir və yenidən yaşayıram.

Bağban və onun fidanları

Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Aydın Əzimov: - Böyük usta olmaq yer üzündə heç də böyük ustad olmaq anlamına gəlməz. Çünki ustad olmaq ayrı bir istedada sahib olmaq deməkdir, ayrı bir fədakarlıq, ayrı bir səbir deməkdir. Qüdrətli və yaxşı müəllimin bir şəxsiyyətdə birləşməsinə dünya musiqi tarixində çox nadir rast gəlinir. Belə nadir və çox dəyərli insanlardan biri əziz və unudulmaz ustadım Qara Qarayevdir.

Mənim üçün hazırda çalışdığım bu akademiyada “309” nömrəli sinif otağı çox müqəddəsdir. Burada böyük bəstəkarımız bizə dərs deyib. Mən Azərbaycan Dövlət Konservatoriyasına 1964-cü ildə daxil olmuşam. Təbii ki, bu sənətə qədəm qoyan hər bir gənc bəstəkar üçün kimsə kumir idi. O zaman Qara Qarayev bəstəkar, müəllim kimi çox tanınırdı. O, musiqinin gözəl bilicisi və tələbələrinin də sevimli müəllimi idi.

Obrazlı desək, Üzeyir bəy bəstəkarlıq məktəbinin bünövrəsini qoyub, təməl daşlarını düzübsə, Qara Qarayev onun bənnalığını edib. O, təkcə mənim deyil, həmin dövrdə musiqi sənətinə qədəm qoyan neçə-neçə bəstəkar nəslinin ustadı olub. Qara müəllim deyirdi: “Bağban bağ salır, körpə fidanlar yetişdirir. Həmin pöhrələrə vaxtı-vaxtında su vermək, dibini belləmək, yeri gələndə budamalıdır ki, böyüyüb gözəl, barlı-bərəkətli ağac olub meyvələri ilə insanları sevindirsin. Mən də öz yetirmələrimə körpə fidanlar kimi baxıram. Onların sənət yollarında qol-qanad açması, xoş sorağının gəlməsi həmişə məni sevindirir”. Qara Qarayevin tələbələrə xitabən söylədiyi bu fikir, məncə, ustadın pedaqoji fəlsəfəsinin ən gözəl ifadəsidir.

Bu gün də o dahi insanın qarşısında hesabat verirəm

Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Elnarə Dadaşova: - “Qara Qarayevin sinfində oxumaq hər kəsin, o cümlədən mənim də arzusunda olduğum ən ülvi istək idi. Çünki onun sinfi təkcə ölkəmizdə deyil, ümumilikdə keçmiş SSRİ məkanında ən qabaqcıl sinif idi. Qara müəllim dünyəvi sənətkar olduğu kimi böyük pedaqoq idi. Onun pedaqoq və müəllimlik keyfiyyətini, həmçinin alimliyi ilə yaradıcılığını bir-birindən ayırmaq çətindir.

Əla qiymətlə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum. O zaman konservatoriyanın rektoru Soltan Hacıbəyov mənə dedi ki, bilirəm, arzun Qara Qarayevin sinfində oxumaqdır, amma o, özü qulaq asacaq və qərar verəcək. Xatırlayıram, 1970-ci ilin sentyabrın 13-ü idi. Həyəcan içində idim, bilmirdim, taleyim necə həll olunacaq. Qara müəllim məni royal arxasına dəvət etdi. Əlimdəki bir yığın əsərin, demək olar ki, hamısına qulaq asdı. Məni öz sinfinə götürdü və o gün sevincimin həddi-hüdudu yox idi. Maraqlıdır, bu günədək 13 rəqəmi həyatımda iki məna daşıyır: bir işıqlı, bir də qara xəbər. Sentyabrın 13-də mən ilk dəfə Qara müəllimi gördüm, 1982-ci il mayın 13-də isə onun qara xəbəri gəldi. Onun itkisi bizim üçün çox ağır idi. Çünki o bizə həm ata, həm də müəllim olub. Qara müəllimin tələbələrinə qarşı çox ülvi münasibəti vardı. O heç kimin qəlbinə toxunmurdu. Fərd olaraq da bir-birimizə bənzəmirdik, hər birimizin özünəməxsus musiqi yolu vardı. Biz sanki onun əziz uşaqları idik. Qara müəllimin sinfində bəstəkarlıq peşəsinə yiyələnən qız tələbələrin sayı çox olmasa da, kifayət qədər idi. Müəllimimiz biz qızlara xüsusi həssaslıqla yanaşırdı. Çox zaman o, ürəkağrısı ilə bəstəkar qızların ailə qurandan sonra, öz sevimli peşələrindən uzaq düşməsindən söz açırdı. Hiss olunurdu ki, müəllimimiz bizim gələcək taleyimizə biganə deyil.

Mən ailə qurmaq ərəfəsində idim. Biz dərsimizi keçdik, simfoniyam haqqında gözəl sözlər söylədi, yaradıcılıq işləri haqqında danışdıq. Nəhayət, mən ayağa qalxdım, çünki Qara müəllimin bu qədər vaxtını almağımdan xəcalət hissi keçirirdim. O, məni yenidən oturmağa dəvət etdi və dedi: “Dayan, hara gedirsən? Dərsin hələ tamamlanmayıb. Sənin həyatında dəyişikliklər baş verib. Kimdir o cavan oğlan?” Mən özümü itirdim, çünki müəllimimin otağına girərkən nişan üzüyümü ehmalca barmağımdan çıxarıb çantamda gizlətmişdim. Əmin idim ki, o, barmağımdakı üzüyü görməmişdi. Çarəsiz qalaraq nişanlım barədə müfəssəl məlumat verdim və müəllimimi əmin etdim ki, “mətbəxdən özümə kabinet etməyəcəm”. Onun mənim sözlərimə verdiyi reaksiya məni heyrətləndirdi. Əvvəla bildirdi ki, valideynlərim mütləq oğlanın ailəsini, nəslini öyrənməlidir: “O qədər həssas qızsan ki, səni başa düşməsələr, ailə həyatın çox çətin olar”. İkinci məsələ isə şəxsən özümə aid öyüd və ata nəsihəti idi: “Sənin evin həmişə təmiz, xörəyin isti və təamlı olmalıdır, çünki kişinin səliqəsiz və isti yeməkləri olmayan ev-eşikdən xoşu gəlmir”. Müəllimin bu sözləri indi də “qulağımda sırğadır”.

Mənim üçün ən uca ad Qara Qarayevin tələbəsi olmaqdır. Bu gün də nə yazıramsa, nə yaradıramsa, o dahi insanın qarşısında hesabat verirəm.

Qara müəllim öz üzərində daim çalışırdı. Yazmaqdan barmağında böyük bir döyənək əmələ gəlmişdi. Biz hamımız baxırdıq ki, kimin döyənəyi daha böyükdür, kimin barmağındakı döyənək o döyənəyə oxşayır. O zaman hər şey əllə yazılırdı və dəfələrlə köçürülürdü. Bizə də tövsiyə edirdi ki, köçürməkdən boyun qaçırmayın. Çünki əsər köçürüldükcə, təmizlənir, cilalanır. Mənə atalıq münasibətinə və əsl müəllim olmağına görə Qara Qarayevə ruh şadlığı diləyirəm və yaxşı ki, tanrı bizə vaxtı ilə onun kimi bəstəkar, insan, ata və müəllim bəxş edib.

Qara Qarayevin tələbələrini dinlədikcə böyük düha sahiblərinin verdiyi dərsin heç vaxt bitmədiyini anlayırsan. Axı həmin dərslər gələcəyə ünvanlanıb....

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib