QARA QARAYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Fevralın 7-də Musiqi mədəniyyəti dövlət muzeyində görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 85 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Muzeydən AZƏRTAC-ın müxbirinə demişlər ki, tədbirdə çıxış edən görkəmli incəsənət və musiqi xadimləri Qara Qarayev yaradıcılığının ideya-fəlsəfi məzmunundan, melodiya, orkestr palitrası, musiqi forması sahəsində yeni ifadə vasitələri tapmasından, musiqi dilinə gətirdiyi yeniliklərdən, Azərbaycan mədəniyyətinin inkişafında oynadığı mühüm roldan söhbət açmışlar. Onlar vurğulamışlar ki, kəskin ictimai problemləri sənətkarlıqla açan Qara Qarayev musiqisinin əsas mövzusu insanın gözəllik uğrunda mübarizəsidir.
Sonra bəstəkarın əl yazmasından iki əsər ilk dəfə olaraq səsləndirilmiş, “Yeddi gözəl” baletindən fraqmentlər, romanslar ifa olunmuş, kinokadrlar nümayiş etdirilmişdir.
Tədbirin iştirakçıları muzeyin foyesində Qara Qarayevin yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]