“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının cari mövsümünün startında ardıcıl 7-ci qələbəsini qazanıb
Bakı, 3 oktyabr, AZƏRTAC
“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün startında ardıcıl 7-ci qələbəsini qazanıb. Səkkizinci turda “Neftçi” ilə görüşən baş məşqçi Qurban Qurbanovun yetirmələri xal itkisi ilə üzləşməyən yeganə komandadır.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, ölkə çempionatları tarixində 8-ci belə seriyadır. Cari mövsümədək 7 dəfə bir klub ilk yeddi qarşılaşmada xal itirməyib.
“Qarabağ” ikinci dəfə bunu bacarıb. Ağdam təmsilçisi 2019/2020-ci il mövsümünə də belə başlayıb.
Tarixdə yalnız 4 komanda belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” dörd (1992-ci, 1994/1995-ci, 1996/1997-ci, 2000/2001-ci), “Şəfa” (2003/2004-cü) və “Xəzər Lənkəran” (2007/2008-ci) hərəyə bir dəfə ilk yeddi görüşdə qalib gəlib.
Qeyd edək ki, “Qarabağ” “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]