“Qarabağ” rəqibinin qapısından dördüncü qolu keçirib
Bakı, 18 avqust, Nicat Məmmədov, AZƏRTAC
Görüşün 80-ci dəqiqəsində “Qarabağ” klubunun hücumçusu Mahir Əmrəli hesabı 4:0-a çatdırıb.
X X X
21:10
Matçın 51-ci dəqiqəsində "Qarabağ" komandası rəqibi topu oyuna üçüncü dəfə mərkəzdən başlamağa məcbur edib. Künc zərbəsindən sora topu başla rəqib qapısına göndərən Gerye özünün ikinci, komandasının isə üçüncü topunu vurub.
X X X
20:43
Qarşılaşmanın 40-ci dəqiqəsində Ağdam təmsilçisi rəqibin qapısına ikinci topu keçirib. Donald Gerye fərqlənib.
X X X
20:11
Avqustun 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Sileks” (Şimali Makedoniya) oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində ağdamlıların futbolçusu Xayme Romeo Filip Ozoviçin ötürməsini qola çevirib.
Qeyd edək ki, bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.
Xatırladaq ki, “Qarabağ”-“Sileks” cütünün qalibi ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) - “Fola Eş” (Lüksemburq) oyununun qalibi ilə üz-üzə gələcək.