Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Elm və Təhsil Nazirliyinin (ETN) Geologiya və Geofizika İnstitutunda “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimat mərasimi keçirilib. Bu atlas Geologiya və Geofizika İnstitutunun (aparıcı təşkilat), Elm və Təhsil Nazirliyinin və AMEA-nın strukturuna daxil olan institutların, həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlığı əsasında hazırlanıb.

AZƏRTAC xəbər verir ki, tədbiri nəşrin baş redaktoru, Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə açaraq təqdimatı keçirilən atlasın geniş ictimaiyyət və mütəxəssislər üçün nəzərdə tutulduğunu bildirib. Akademik qeyd edib ki, atlasın ərsəyə gəlməsi sistemli elmi araşdırmaların nəticəsidir və ötən illər ərzində regionun coğrafiyası, təbii resursları, iqlimi və ekoloji durumu ilə bağlı yüzlərlə məlumat toplanaraq təhlil olunub.

İnstitutun baş direktoru diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsi qədim tarixə malikdir və işğal dövründə tədqiqatlardan kənar qalıb, 30 il ərzində bölgənin infrastrukturu ilə yanaşı, təbiəti, ekologiyası, biomüxtəlifliyi məhv edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və tarixi Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu deyən akademik hazırda regionun bərpası istiqamətində geniş quruculuq işlərinin həyata keçirildiyini bildirib.

Akademik Akif Əlizadə qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsilə regionda elmi tədqiqatlar da bərpa olunub, bölgənin geoloji və ekoloji potensialı tədqiq edilib. Bu atlas Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinə Azərbaycan elminin, alimlərinin töhfəsidir. O vurğulayıb ki, yeni nəşr dövlətimizin başçısının qayğısı və dəstəyi, Elm və Təhsil Nazirliyinin, AMEA-nın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə səyi nəticəsində ərsəyə gəlib.

Akademik atlasdakı xəritələrin hazırlanmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin böyük əməyinin olduğunu bildirib. Həmçinin AMEA-nın bu prosesdə yaxından iştirak etdiyini söyləyib.

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası” Azərbaycan, ingilis, rus dillərində nəşri onun oxucu auditoriyasının xeyli geniş olacağına imkan yaradır. Bu baxımdan atlasın nəşri Azərbaycanın Qarabağ - Şərqi Zəngəzur bölgəsinin təbiət müxtəlifliyi haqqında etibarlı məlumata ehtiyacı olan orta və ali təhsil ocaqları, icra və bələdiyyə orqanları, elmi-tədqiqat mərkəzləri, beynəlxalq qurumlar, eləcə də digər xarici təşkilatlar üçün etibarlı vəsait kimi dəyərləndirilməlidir”, - deyə akademik Akif Əlizadə vurğulayıb.

Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu nəşrin ərsəyə gəlməsinin ölkəmizin elmi mühiti üçün əlamətdar hadisə olduğunu bildirib. AMEA rəhbərinin sözlərinə görə, Qarabağın 30 illik işğalı dövründə toplanması mümkünsüz olan məlumatlar indi sistemli şəkildə toplanır, tədqiqata cəlb olunur, elmi əsasları işlənib hazırlanır.

Akademik İsa Həbibbəyli bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasından keçən müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birgə “Qırmızı kitab”ın 3-cü cildi hazırlanıb, həmçinin Folklor İnstitutunda “Zəngəzur folkloru antologiyası”, Dilçilik İnstitutunda “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”, Tarix və Etnologiya İnstitutunda “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabları işıq üzü görüb.

AMEA prezidenti qeyd edib ki, akademik Akif Əlizadənin rəhbərliyi ilə ərsəyə gələn atlas Aşağı Araz vadisindən Kəlbəcərə, Laçına kimi, bir sözlə bütün Qarabağ ərazisini əhatə edir və qiymətli mənbədir.

“Atlasda istifadə edilmiş xəritələr nəinki geoloji, eyni zamanda, həmin ərazilərin işğaldan azad ediləndən sonra çəkilmiş ilk coğrafi atlası kimi mühüm əhəmiyyətə malikdir. Nəşrdə tarixi və toponimik baxımından da məlumatlar təqdim edilir və olduqca zəngindir. Yeni vəsait Qarabağ və Şərqi Zəngəzurun geoloji pasportudur və elmimizin ən son mühüm nailiyyətlərindəndir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Daha sonra atlasın elmi rəhbəri və redaktoru, AMEA-nın müxbir üzvü Tələt Kəngərli yeni nəşrin geniş təqdimatını edib. Bildirib ki, bu atlas bölgənin təbii müxtəlifliyi üzrə əsas istiqamətverici sənəd kimi əvəzolunmaz elmi topludur.

Təqdimat mərasimində, həmçinin ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Vasif Babazadə, ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri Amin İsmayılov və ETN İqtisadiyyat İnstitutunun Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri iqtisad üzrə fəlsəfə doktoru Azər Səfərov çıxış edərək “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində mühüm rol oynayacağını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub