Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ və Şərqi Zəngəzur təkcə regionda deyil, dünyada nümunəvi bölgə kimi inkişaf edəcək

Qarabağ və Şərqi Zəngəzur təkcə regionda deyil, dünyada nümunəvi bölgə kimi inkişaf edəcək

Bakı, 21 aprel, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın qədim diyarlarıdır. Yeraltı və yerüstü sərvətlərə, flora və fauna, bol su ehtiyatlarına, tarixi mədəni-dini abidələrə malikdir. Turizmin inkişafı üçün geniş imkanlar var. Əfsuslar olsun ki, həmin gözəl və bərəkətli meşələr, çaylar, təbiət ermənilər tərəfindən ekoloji terrora məruz qalıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı xüsusi məruzə hazırlandı və qəbul edildi. Tərtər, Həkəri, Bazarçay, Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay kimi çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Oxçuçayı çirkləndirən “Cronimet” şirkəti, eləcə də təbiətimizə, təbii sərvətlərimizə ziyan vuran, onu qəddarcasına istismar edən bütün xarici şirkətlər məsuliyyətə cəlb ediləcək. Bununla bağlı lazımi işlər görülür. Həm Azərbaycan vətəndaşları, həm də bütün dünya ermənilərin 30 illik cinayətlərinin fəsadlarını bilməlidir.

“Hazırda erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri aparılır. Görülən işlər, həyata keçirilən layihələr xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin dediyi kimi, azad edilmiş torpaqları da öz gücümüzə bərpa edirik. Tarixdən bilirik ki, müharibələrdən, müharibənin yaratdığı dağıntılardan sonra beynəlxalq təşkilatlar, donor təşkilatlar, münaqişələrin fəsadlarının aradan qaldırılmasına yardım edən təşkilatlar maliyyə yardımı göstərirlər. Lakin Azərbaycana münasibətdə biz bunu görmürük. Əksinə işğalçıya daha çox yardım edilir. Hətta Azərbaycanın ərazi bütövlüyünün tanınması prinsipini qəbul etmək istəmirdilər. Əlbəttə ki, Azərbaycan hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşırdı və gərgin mübarizədən, danışıq və təqdim olunan inkarolunmaz faktlardan sonra qəbul edilən bəyannamə və qətnamələrə Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsinin salınmasına nail olurdu. Baxmayaraq ki, hər kəs kimin işğalçı, kimin isə işğala məruz qaldığını yaxşı bilirdi, bununla belə biz ikili standartlarla üzləşirdik. Əfsuslar olsun ki, bu gün də belə yanaşmanı müşahidə edirik. Bir müddət əvvəl Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdü və qaz yox idi. Ermənilər və onların havadarları bir-birinin ardınca böhtan xarakterli bəyanatlar verirdilər ki, Azərbaycan burada humanitar fəlakət törədir. Bəs Ermənistan rəhbərliyi, Ermənistan dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasına gedən qazı kəsəndə, insanları 15 il qazsız yaşamağa məcbur edəndə niyə heç kim bəyanat vermirdi, çıxış etmirdi? Bu humanitar fəlakət deyildi? Əfsuslar olsun ki, ikili standartlar və ayrı-seçkilik yenə də özünü göstərir”, - deyə H.Hüseynova vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan növbəti dəfə də humanizm göstərərək qazı bərpa etdi. Prezident İlham Əliyevin dediyi kimi, ermənilər bunu qiymətləndirməlidirlər. Ümid edirik, anlayacaqlar ki, onlar Azərbaycan vətəndaşlarıdır və Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar.

“Aprelin 12-də keçirilən müşavirədə Azərbaycan Prezidenti qeyd etdi ki, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf edəcək. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Eyni zamanda, dünya üçün də bu inkişaf bir nümunə olacaq. Çünki bu torpaqlar Azərbaycanın qədim əraziləridir, bizim böyük tariximiz var. Qarabağ və Şərqi Zəngəzur başdan-başa Azərbaycan tarixidir, bunu hər addımda görmək olar. Otuz ilə yaxın ermənilər orada nə qədər saxtakarlıqlar etsələr də, bizim tarixi, mədəni, dini irsimizi dağıtsalar da, hər bir daşımız, ağacımız, evimiz, abidəmiz bütünlüklə Azərbaycana aid olduğunu qoruyub saxlaya bilib. Hazırda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qaytarılması üçün kompleks tədbirlər görülür. İnfrastruktur qurulur, yollar, körpülər, yaşayış binaları, sosial obyektlər tikilir, kənd təsərrüfatı, sənayenin müxtəlif növlərinin yaradılması, turizmin inkişaf imkanları öyrənilir, artıq bununla bağlı bəzi layihələrə start verilib. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə tarixi-mədəni-dini abidələrimiz bərpa olunur, bir çoxu yenidən tikilir. Erməni işğalından azad etdiyimiz ərazilərə dövlətimiz öz gücü, öz vəsaiti və doğru planları ilə yeni həyat gətirəcək. Qeyd etmək lazımdır ki, bərpa-quruculuq işlərində sahibkarlarımız çox böyük həvəslə, maraqlı layihələrlə iştirak edirlər, təkliflər verirlər. Qadın sahibkarlarımız da bu prosesdən kənardan qalmırlar. Artıq həmin qadınlar Qarabağ və Şərqi Zəngəzurda həyata keçirmək istədikləri layihələri təqdim ediblər.

Bütün görülən işlər bir daha göstərir ki, hazırda ərazilərimiz minalardan təmizlənir və sürətli quruculuq işləri aparılır. Azad edilmiş bütün ərazilərdə şəhərlərlə paralel olaraq kəndlərin yenidən qurulması layihələri hazırlanır”, - deyə deputat fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb