QARADAĞLILAR İLHAM ƏLİYEVİN YENİ VƏZİFƏDƏ DAHA BÖYÜK UĞURLAR QAZANACAĞINA ƏMİNDİRLƏR
Əslində isə o, burada çox böyük işlər gördü. Seçkilərdən az sonra İlham Əliyevin təşəbbüsü ilə Qaradağın inkişaf fondu yaradıldı, rayon mərkəzində geniş abadlıq işlərinə başlandı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binaları tikildi, rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkünlər üçün qəsəbə salındı, müasir idman kompleksləri, salonları istifadəyə verildi.
Yığıncaqda çıxış edənlər İlham Əliyevin rayonda gördüyü bu və digər işlərdən, Avropa Şurası Parlament Assambleyasında və digər beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil etməsindən, Prezident Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsindəki xidmətlərindən, habelə Milli Olimpiya Komitəsinin prezidenti kimi Azərbaycan idmanının inkişaf etdirilməsi sahəsindəki misilsiz nailiyyətlərindən söhbət açmışlar.
Natiqlər əminliklə bildirmişlər ki, İlham Əliyevin topladığı böyük təcrübə, bilik və bacarığı onun bu məsul vəzifənin öhdəsindən şərəflə gəlməsinə imkan verəcək, ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində yeni uğurlar əldə olunacaqdır.