QAXDA ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qax rayon Mərkəzi kitabxanasında “Sevil” Qadınlar Məclisi rayon şöbəsinin və Qax rayon Şəhid Anaları Cəmiyyətinin birgə təşəbbüsü ilə 20 Yanvar faciəsinin on beşinci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
İştirakçılar Qanlı Yanvar şəhidlərinin şücaətini göstərən sərgi ilə tanış olmuşlar.
Konfransda “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda məruzə dinlənilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva, qadın təşkilatlarının rayon şöbələrinin rəhbərləri Şəkər Abdullayeva, Sona Süleymanova, həmin hadisələr zamanı əlil olmuş Yusif Yusifov və başqaları çıxışlarında faciənin mahiyyəti, acı nəticələri barədə danışmış, bu hadisələrdə xalqımızın göstərdiyi azadlıq mübarizəsinin və qəhrəmanlığının tariximizdə yeni səhifə olduğunu qeyd etmişlər.
Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmiş və şəhidlərin ruhuna dualar oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]