QAXDA ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR
Məşğulluq mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarmarkaya rayon ərazisində fəaliyyət göstərən 25 müəssisə və təşkilatdan 156 boş iş yeri çıxarılmış və yekun nəticəyə görə 46 nəfər daimi işlə, 15 nəfər haqqı ödənilən ictimai işlə təmin olunmuşdur. Ümumiyyətlə, ilin əvvəlindən bəri Məşğulluq mərkəzinin köməyi ilə rayonda yüzdən artıq vətəndaş daimi işlə təmin olunmuş və 15 nəfər peşə hazırlığına cəlb edilmişdir.
Hazırda mərkəzdə 2074 nəfər vətəndaş işaxtaran kimi qeydiyyata alınmış və onlardan 748 nəfərinə işsizlik statusu verilmişdir.