QAXDA TÜTÜNÇÜLÜYÜN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, son illər Qax rayonunda tütün istehsalı və emalının inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Cari ildə rayonda bu texniki bitkinin əkin sahələri xeyli genişləndirilərək 350 hektara çatdırılmışdır və quru tütün istehsalının 800 tona çatdırılması planlaşdırılır. Bu, ötən illə müqayisədə 280 ton çoxdur.
Hazırda “Qax-Tütün” ASC-də quru tütün məhsulunun qəbulu davam edir. İndiyə kimi 30 tona yaxın məhsul tədarük olunmuşdur. Səhmdar cəmiyyət quru tütün məhsulunun hər kiloqramına görə fermerlərə 1-ci növ üçün 3 min manat, 2-ci növ üçün 2800 manat, 3-cü növ üçün isə 2500 manat ödəyir.