QAZAXDA TAXIL BİÇİNİNƏ BAŞLANMIŞDIR
Artıq bir neçə gündür ki, Qazax rayonunda sahibkarlar taxıl biçininə başlamışlar. Rayon aqrar islahat şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, biçin kompaniyası mütəşəkkil təşkil olunub və 63 kombayn iştirak edir. Sahibkarlar əkdikləri 8 min 205 hektar arpanın artıq 2 min hektardan çoxunu biçmişlər. Hər hektardan orta hesabla 24 sentner məhsul götürülür ki, bu da keçən illə müqayisədə 3 sentner çoxdur. Bu günlərdə sahibkalar əkdikləri 6 min 447 hektar buğdanın da biçininə başlayacaqlar. Mütəxəssislərin rəyinə görə, hər hektardan 30 sentner məhsul gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]