REGİONLAR
Qazaxın 4 kəndində sərhəd xidmətinin yeni bölmələri yaradılacaq
Qazax, 22 noyabr, Xəyalə Cəfərova, AZƏRTAC
Azərbaycan sərhədçiləri gecə-gündüz, istidə-soyuqda daim xidmət başındadır. Dövlət Sərhəd Xidmətinin (DSX) təşkil etdiyi mediaturun növbəti dayanacağı Qazax rayonunun Xeyrimli kəndində yerləşən sərhəd döyüş məntəqəsidir.
“Hazırda burada xidmət üçün müvəqqəti konteynerlər yerləşdirilib”, - bunu AZƏRTAC-a açıqlamasında DSX rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov bildirib.
“Gələcəkdə Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərində sərhəd xidmətinin tam müasir standartlara cavab verən yeni bölmələrinin qurulacağı planlaşdırılır”, - deyə Araz Məmmədov vurğulayıb.