Qazaxıstan neftinin BTC kəməri ilə nəqlinin artırılması üzrə dördaylıq sınaq prosesi aparılır

Astana, 6 may, AZƏRTAC
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin illik ötürmə qabiliyyəti 50 milyon tondur. Hazırkı müqaviləyə əsasən, Qazaxıstan bu marşrutla ildə 1,5 milyon ton xam neft ixrac edə bilər.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bunu Qazaxıstan Respublikası Energetika Nazirliyinin Neftin nəqli və emalı şöbəsinin baş eksperti Sultanbek Saduaxasov deyib. O əlavə edib: “Azərbaycan bu həcmin 2,2 milyon tona çatdırılmasında maraqlı olduğunu bildirib. Biz bu istiqamətdə hər iki tərəfin uyğun dövlət qurumları ilə işləyirik”.
Hazırda Azərbaycan ilə Qazaxıstan arasında 4 ay davam edəcək razılaşmanın sınaq prosesi gedir. Ekspert qrupu Qazaxıstandan tədarük olunan “qara qızıl”ın həcmini tədricən artırmaq və bazarın bunu necə qəbul etdiyini müşahidə etmək niyyətindədir.
“Kaşaqan” MMC baş direktorunun kommersiya məsələləri üzrə müavini Kuanış Keskinbayev bildirib ki, Qazaxıstan neftinin tərkibində kükürd və merkaptan var. O qeyd edib: “Azərbaycan neftinin tərkibində ümumiyyətlə merkaptan yoxdur, kükürd isə çox azdır. Qazaxıstandan gətirilən neft Azərbaycan məhsullarının keyfiyyətinə və qiymətinə mənfi təsir göstərəcəkmi? Bunun üçün sınaq müddəti müəyyən edilib. Bundan sonra biz müqaviləyə uyğun olaraq Qazaxıstan neftinin həcmini mərhələli şəkildə artıracağıq”.
Onun sözlərinə görə, sınaq müddəti gözlənildiyi kimi keçərsə, 2025-ci ildə bu marşrutla neft ixracının həcmi 1,75 milyon tona çatdırıla bilər. Gələn il isə həcmin 2 milyon tona çatdırılması nəzərdə tutulur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2025 [18:16]
Bakıda parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir
- 21.05.2025 [17:33]
Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
- 21.05.2025 [17:14]
Yevlax Pilot Aqroparkın rezidenti Dağıstanda zeytun bağı salacaq
“Barselona” baş məşqçisi ilə yeni müqavilə imzalayıb
- 21.05.2025 [22:50]
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
- 21.05.2025 [22:39]
Azərbaycan minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 21.05.2025 [21:42]
Azərbaycan Tələbə Liqasında mövsümün bağlanış mərasimi keçirilib
- 21.05.2025 [20:40]
Rubio: USAID proqramları səfirliklərin missiyasına xələl gətirirdi
- 21.05.2025 [20:10]
GLOBE Şəbəkəsinin Plenar iclasında əsas müzakirələr mərhələsi başlayıb
- 21.05.2025 [19:08]
Vergi orqanlarına daxil olmuş müraciətlərin sayı açıqlanıb
- 21.05.2025 [18:48]
Britaniya ordusunda süni intellektin rolu artırılacaq
- 21.05.2025 [18:41]
Bakıda parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir
- 21.05.2025 [18:16]
AKİ-nin maliyyə ayırdığı layihə BelDocs Pitçinq Forumunda iştirak edəcək
- 21.05.2025 [18:14]
Deputat: Azərbaycan-Macarıstan əlaqələri çoxşaxəli tərəfdaşlığa əsaslanır
- 21.05.2025 [18:13]
Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının məsələsidir
- 21.05.2025 [18:12]
Azərbaycan ilə Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb
- 21.05.2025 [17:51]
“Kürəkçay müqaviləsi – 220” mövzusunda dəyirmi masa keçirilib
- 21.05.2025 [17:46]
Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
- 21.05.2025 [17:33]
Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
- 21.05.2025 [17:31]
AzMİ nümayəndələri Polşada beynəlxalq konfransda iştirak ediblər
- 21.05.2025 [17:30]
Yevlax Pilot Aqroparkın rezidenti Dağıstanda zeytun bağı salacaq
- 21.05.2025 [17:14]
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan
- 21.05.2025 [16:57]
Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan
- 21.05.2025 [16:52]
Premyer Liqada sonuncu turun hakim təyinatları açıqlanıb
- 21.05.2025 [16:39]
“Tesla” pilotsuz taksi xidmətinin işə salınması planını təsdiqləyib
- 21.05.2025 [16:36]
BANM-in komandası “PASHA Hackathon 5.0” yarışında üçüncü yeri tutub
- 21.05.2025 [16:25]
Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edilib
- 21.05.2025 [16:24]
“Dinamo Kiyev” tanınmış hücumçusu ilə müqaviləni yeniləyib
- 21.05.2025 [16:24]
Gürcüstanda qəhrəman Azərbaycan kəndi – Qaçağan
- 21.05.2025 [16:22]
“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 21.05.2025 [16:18]
Ötən il Almaniyada 200 minə yaxın şirkət fəaliyyətini dayandırıb
- 21.05.2025 [16:09]
“SpaceX” şirkəti orbitə daha 23 internet peyki çıxarıb
- 21.05.2025 [16:07]
Mütəxəssis: Açıq sınıqlar travmatologiyada təcili müdaxilə tələb edən haldır
- 21.05.2025 [15:42]
GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında növbəti sessiya keçirilib
- 21.05.2025 [15:31]
Media: Apreldə Avropadan ABŞ-a işgüzar səfərlər 26 faiz azalıb
- 21.05.2025 [15:26]