Qazaxıstan pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırır
Bakı, 14 sentyabr, AZƏRTAC
Qazaxıstan Respublikası müdafiə nazirinin müavini Sultan Kamaletdinov ölkə ordusunun pilotsuz uçuş aparatları ilə təchiz edilməsi üzrə aparılan işlərdən bəhs edib.
AZƏRTAC “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, nazir müavini Senatda keçirilən brifinqdə bildirib: “Bu çox mühüm məsələdir. Elə indicə Senatın plenar iclasında bu məsələ deputatların da marağına səbəb oldu. Son hərbi münaqişələrin təhlili PUA-ların tətbiq edilməsinin aktuallığını göstərir, biz bunu başa düşürük və münasib tədbirlər görürük. Hal-hazırda biz bu aparatları həm xaricdən alırıq, həm də özümüz onların hazırlanması ilə məşğul oluruq”.
O, Qazaxıstanda PUA-ların istehsalı prosesinin yoluna qoyulması ilə bağlı planlardan danışıb.
“Bu gün bizdə İsraildə, ÇXR-də istehsal olunmuş PUA-lar mövcuddur, Türkiyə şirkətləri ilə birgə istehsal müəssisəsinin yaradılması üzrə iş gedir. Bundan başqa, hal-hazırda öz hazırladığımız PUA-ların nümayiş sınaqları keçirilir”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]