Qazaxıstan Rusiyaya Volqa çayının axınını birgə tənzimləməyi təklif edəcək
Astana, 6 may, AZƏRTAC
Bu ilin üçüncü rübündə Qazaxıstan Rusiyaya Volqa çayının tənzimlənməsi məsələləri üzrə birgə işçi qrupunu yaratmağı təklif edəcək.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın su təsərrüfatı və irriqasiya nazirinin birinci müavini Bolat Bekniyaz bildirib.
“Təəssüf ki, Volqa transsərhəd çaylarına aid deyil. Rusiya ilə yalnız Jayık çayı və digər çaylar üzrə sazişlər bağlaya bilərik, xüsusi işçi qruplar var. Volqaya gəlincə, o, həqiqətən də suyun 80 faizini Xəzər dənizinə verir. Biz Rusiya tərəfinə Volqa çayı üzrə birgə işçi qrup yaratmağı və ondan sonra bu işçi qrup çərçivəsində işləməyi təklif etmək niyyətindəyik”, - deyə o bildirib.
Bundan əvvəl “Kazidromet” Respublika dövlət müəssisəsinin Xəzər dənizi hidrometeoroloji tədqiqatlar idarəsinin rəhbəri Ayzat Eltay bildirmişdi ki, Rusiya tərəfində böyük həcmdə su istehlak edən strukturlar tikilib istismar olunduğu üçün Volqadan gələn suyun həcmi azalıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]