Qazaxıstanda kütləvi peyvəndləmə fevralın 1-də başlanılacaq
Nur-Sultan, 19 yanvar, AZƏRTAC
Qazaxıstanda koronavirusa yoluxmanın pik həddi mart ayında gözlənilir. Proqnozlara görə mart ayında yoluxma sayı gündəlik 3 minə qədər arta bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan səhiyyə naziri Aleksey Tsoy bildirib.
Nazir Rusiyanın "Sputnik V" peyvəndinin ölkədə kütləvi vurulmasına fevralın 1-dən başlanılacağını açıqlayıb.
Qazaxıstana “Sputnik V” peyvəndinin idxalına yanvarın 20-də icazə veriləcək. Koronavirus infeksiyasına qarşı peyvəndin mərhələli şəkildə həyata keçiriləcəyi proqnozlaşdırılır.
Birinci mərhələdə bu il fevralın 1-də tibb müəssisələrinin işçilərinin, ikinci mərhələdə mart ayında - ali, orta təhsil müəssisələrinin müəllimləri, üçüncü mərhələdə isə aprel ayında internat məktəbləri, məktəbəqədər təhsil müəssisələri müəllimləri, tələbələr, xroniki xəstəlikləri olan insanlara peyvənd vurulacaq.
Qeyd edək ki, Qazaxıstanda COVID-19 infeksiyasına yoluxma sayında artım müşahidə olunur. Son sutka ərzində 999 yeni yoluxma qeydə alınıb, ümumilikdə yoluxanların sayı 170 min 98-ə çatıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]