Qazaxıstanda qədim türk artefaktı aşkar edilib
Astana, 14 fevral, AZƏRTAC
Qazaxıstanın Jambıl əyalətində toğızkumalak oyunu üçün istifadə edilən qədim artefakt aşkar edilib.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, birbaşa daş üzərində oyulmuş kiçik çuxurlar və qazanlar 1400 il əvvəl oyun üçün istifadə olunub.
Artefakt Qızıltan kəndində dağ yamacında aşkar edilib.
Yerli alimlərin hesablamalarına görə, tapıntı eramızın VI-VII əsrlərinə, erkən Qərbi Türk xaqanlığı dövrünə aiddir. Bu tarix bölgədə daha əvvəl tapılmış eyni dövrə aid olan kurqanlarla təsdiq olunur.
Toğızkumalak sadəcə bir oyun deyil, həm də türk xalqlarının mədəni irsinin mühüm bir hissəsidir. Bu intellektual oyun məntiqi düşüncə və strateji planlaşdırma bacarıqlarını inkişaf etdirməyə kömək edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]