Qazaxıstanda şaxtada qəza olub, ölənlər var
Bakı, 27 oktyabr, AZƏRTAC
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 11 şaxtaçı həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qəza zamanı Kostenko şaxtasında 252 nəfər olub, 205 şaxtaçı səthə çıxarılıb. On bir şaxtaçının cəsədi tapılıb, daha 18 nəfər xəstəxanaya yerləşdirilib. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib.
Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb. Karaqanda vilayətinin administrasiyasının rəhbəri, “Arcelormittal Temirtau” SC-nin baş direktoru və respublika baş prokurorunun birinci müavini şaxtaya gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]