QAZAXISTANDAN 300 MİN TON TAXIL ALINACAQDIR
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qurumun icraçı direktoru Samir Vəliyev bu ölkədən yenicə qayıtmışdır. O, özəl şirkətlərimizin Azərbaycana taxıl alıb gətirməsi üçün Qazaxıstan hökuməti və oradakı müvafiq şirkətlərlə danışıqlar aparırdı. Nəticədə oktyabr ayında Azərbaycana 300 min ton taxıl gətirilməsi barədə İqtisadi İnkişaf Nazirliyi ilə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi və ən iri taxıl ixracatçıları arasında razılıq əldə olunmuş, niyyət protokolu imzalanmışdır.
Xatırladaq ki, Qazaxıstanda taxıl yığımı yenicə başlamışdır. Zəmilərdən 12-13 milyon ton məhsul gözlənilir. Bunun təxminən 5 milyon tonu ixrac üçün nəzərdə tutulmuşdur.
Mütəxəssislərin fikrincə, Qazaxıstandan taxıl gətiriləndən sonra daxili bazarda qiymətlər aşağı düşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]