QAZAXISTANIN AKTAU ŞƏHƏRİNDƏ “XƏZƏR - DOSTLUQ DƏNİZİ” BEYNƏLXALQ FESTİVALI KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 6-dan 8-dək Qazaxıstanın Aktau şəhərində “Xəzər - dostluq dənizi” 4-cü beynəlxalq festivalı keçirilir.
Festivalda Xəzəryanı dövlətlərin - Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın bir sıra ali məktəblərinin rektorları, mədəniyyət və incəsənət xadimləri, tanınmış idmançılar iştirak edirlər. Ümumiyyətlə, festivala 500-ə yaxın qonaq dəvət olunmuşdur.
Festival çərçivəsində 2-ci Xəzər Humanitar Forumu keçiriləcəkdir. Forumda Xəzəryanı ölkələrin mədəniyyət sahəsində əməkdaşlığının perspektivləri müzakirə olunacaqdır. Bundan əlavə, 2-ci Xəzər iqtisadi sərgisi, 2-ci Xəzər etnik musiqi festivalı, rəssamların “Xəzər obrazları” 2-ci sərgisi və “Xəzərə baxış” 2-ci fotosərgi, həmçinin bir sıra idman növləri üzrə 2-ci beynəlxalq Xəzər oyunları da keçiriləcəkdir.
Festivalın qərargahında bildirmişlər ki, Aktauda “Xəzər - dostluq dənizi” beynəlxalq festivalının keçirilməsi ideyası Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə məxsusdur və bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]