Qazilərimiz İsveçrədə keçiriləcək paraatletika üzrə Qran-Pridə iştirak edəcəklər
Bakı, 23 may, AZƏRTAC
Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvləri, Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində keçiriləcək Qran-Pri turnirində ölkəmizi təmsil edəcəklər.
AZƏRTAC Milli Paralimpiya Komitəsinə istinadla bildirir ki, hər iki idmançı Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq, idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib.
Ömər Bozbaxov (F57) və Ramiz Sadıqlı (F57) nüvə itələmə növündə iştirak edəcəklər.
Qran-Pri turniri cari ilin iyulunda Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.
Qeyd edək ki, atletika idman növü üzrə milli komandanın digər üzvü, Qarabağ qazisi Rasim Yaxin daha əvvəl keçirilmiş yarışlarda yüksək nailiyyətlər əldə edərək artıq dünya çempionatında iştirakını təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]