DÜNYA
“Qazprom” bu il Macarıstan və Çinə əlavə qaz tədarük edəcək
![“Qazprom” bu il Macarıstan və Çinə əlavə qaz tədarük edəcək](/files/2023/3/1200x630/16980502245793843503_1200x630.jpg)
Bakı, 23 oktyabr, AZƏRTAC
Rusiyanın enerji şirkəti “Qazprom” qışa qədər Macarıstan və Çinə əlavə həcmdə qaz tədarük edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qazprom”un sədri Aleksey Miller məlumat verib. Onun sözlərinə görə, 2023-cü ildə Çinə müqavilə öhdəliklərinə əlavə olaraq 600 milyon kubmetr, Macarıstana isə 1,3 milyard kubmetr qaz tədarükü nəzərdə tutulur.
Diqqətə çatdırıb ki, bu il üçün Çinə qaz nəqlinin planlaşdırılan həcmi 22 milyard kubmetr təşkil edir və tədarüklər “Sibirin gücü” qaz kəməri ilə həyata keçirilir.
Xatırladaq ki, “Qazprom” Rusiya ilə Ukrayna müharibəsindən sonra Avropadakı bazarlarının əksəriyyətinin itirilməsini kompensasiya etməyə çalışır. Bunun əsas səbəbi ötən il Baltik dənizinin altından keçən “Şimal axını” boru kəmərlərinə ciddi ziyan vuran partlayışlardır. Araşdırmalar hələ ki, kimin məsuliyyət daşıdığını müəyyən etməyib.
Qeyd edək ki, Aİ bütövlükdə Ukrayna müharibəsinə cavab olaraq Rusiya enerjisindən asılılığını kəskin şəkildə azaldıb. Macarıstan 2022-ci ilin fevralında Ukraynanın işğalından sonra dostluq əlaqələri saxlayan Avropa İttifaqının yeganə üzvüdür. O, həm də NATO-nun üzvüdür.