Azərbaycan Dövlət İnformasiya Agentliyi

QDTİB: Biz Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorlarında fəaliyyətimizi genişləndirmək niyyətindəyik – MÜSAHİBƏ

QDTİB: Biz Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorlarında fəaliyyətimizi genişləndirmək niyyətindəyik – MÜSAHİBƏ

Bakı, 24 fevral, Tamilla Məmmədova, AZƏRTAC

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) regional iqtisadi təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının on bir üzv təsisçi ölkəsinə xidmət edən beynəlxalq inkişaf maliyyə institutudur. QDTİB beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşən bankı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukrayna yaradıb. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksalın AZƏRTAC-a eksklüziv müsahibəsini təqdim edirik:

- Cənab Köksal, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla əməkdaşlıq səviyyəsini necə qiymətləndirir?

- QDTİB 1999-cu ildə təsis olunduğu andan etibarən Azərbaycanda fəal şəkildə fəaliyyət göstərir. 25 il ərzində biz ölkədə dəyəri təxminən yarım milyard avro olan 40-dan çox layihəni dəstəkləmişik. Hazırda bankın ümumi kredit portfelində Azərbaycanın payı təxminən 3 faizdir. Bu göstərici daha yüksək ola bilərdi, lakin nəzərə almaq lazımdır ki, Azərbaycan cari hesab profisiti olan bir ölkədir və xarici borcun aşağı səviyyədə saxlanılması siyasətinə sadiqdir. Eyni zamanda, biz, xüsusən də son dövrlərdə kapitalımızın artırılmasını nəzərə alaraq, Azərbaycan təşkilatlarının maliyyələşdirilməsini genişləndirməyi planlaşdırırıq. Azərbaycan bankın səhmdarı kimi bizim fəaliyyətimizi əhəmiyyətli dərəcədə dəstəkləyib və bu, onun kapital artırılması prosesində iştirakında öz əksini tapıb.

Ümumiyyətlə, Azərbaycanla əməkdaşlığımız pozitiv məcrada davam edir. Biz artıq ölkə iqtisadiyyatında kifayət qədər fəal olduğumuzu düşünürük, lakin gələcək inkişaf üçün imkanlar görürük. Xüsusilə, biz daha çox real sektorda iştirak etməyə çalışırıq, çünki indiyə qədər fəaliyyətimiz əsasən maliyyə sektoruna yönəlmişdi. Genişlənməyə olan marağımız və artırılmış kapitalımız bizə həm Azərbaycanda, həm də bankın digər üzv ölkələrində daha çox layihəni maliyyələşdirməyə imkan verəcək.

- Son illərdə Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycanın əsas əməkdaşlıq sahələri hansılardır?

- Son illərdə bizim Azərbaycandakı fəaliyyətimiz kiçik və orta biznesin (KOB) dəstəklənməsinə yönəlib. Ölkədə verdiyimiz dəstəyin təxminən yarısı maliyyə sektoruna yönəldilib, bunun əhəmiyyətli bir hissəsi KOB-ların kreditləşdirilməsinə sərf olunub. Biz Azərbaycanda və digər region ölkələrində kiçik və orta müəssisələrin qarşılaşdığı problemləri anlayır və onların dayanıqlı inkişafını təmin etmək üçün onlara dəstək verməyə çalışırıq. Fəaliyyətimizin başqa bir əsas istiqaməti isə enerji sektorudur ki, bu da Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayır. Ölkədəki sərmayə portfelimiz hökumət üçün prioritet olan sektorların dəstəklənməsinə olan sadiqliyimizi əks etdirir. Azərbaycanın iqtisadi strategiyalarına uyğun olaraq, biz KOB-ların inkişafına və enerji sektorunun təşviqinə xüsusi diqqət yetirməyə davam edirik, çünki bu sahələr ölkənin iqtisadi siyasətinin əsas istiqamətləri olaraq qalır.

- Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilmiş hansı layihələr maliyyələşdirilib?

- Bu günə qədər QDTİB-in Azərbaycana ayırdığı ümumi maliyyələşdirmə 618 milyon avro təşkil edib ki, bu da bankın təsis olunduğu 25 il ərzində üzv ölkələrə ayrılan ümumi vəsaitin 7 faizini təşkil edir. Qeyri-neft sektorunun inkişafını dəstəkləmək məqsədilə bank daha əvvəl mebel istehsalı, şüşə qablar, quşçuluq və ofis binalarının tikintisi kimi sahələrdə fəaliyyət göstərən özəl şirkətlərin bir sıra layihələrini maliyyələşdirib. QDTİB-in fəaliyyətinin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin dəstəklənməsi olub. Xüsusilə, bank 2001-ci ildə yaradılan “AccessBank”ın təsisçilərindən biri olub. QDTİB-in əsas səhmdarları arasında olduğu 2001-2017-ci illər ərzində “AccessBank” regional və kənd təsərrüfatı sektorlarına xüsusi diqqət yetirməklə 150 mindən çox mikro və KOB müəssisəsi, fərdi ev təsərrüfatlarından ibarət müştəri bazası yaradıb. Hazırda QDTİB Azərbaycandakı banklarla əməkdaşlığı davam etdirir, beynəlxalq ticarətin dəstəklənməsi, KOB-ların maliyyə resurslarına çıxışını artırmaq üçün qısa və ortamüddətli maliyyələşdirmə təmin edir. Bankların və onların müştərilərinin yerli valyutada maliyyələşdirmə diversifikasiyası və banklararası tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır.

Bundan əlavə, 2024-cü ildə QDTİB uzunmüddətli müştərisi “SOCAR Trading” üçün mövcud ticarət maliyyələşdirmə kreditini uzadıb. Bu dəstək, bankın üzv ölkələri olan Azərbaycan və Türkiyə arasında sərhəd aşan ticarətin inkişafına kömək edir.

- QDTİB gələcəkdə Azərbaycan iqtisadiyyatının hansı sahələrində fəaliyyətini gücləndirməyi planlaşdırır?

- QDTİB iqtisadiyyatın real sektorunun inkişafına xüsusi diqqət yetirərək Azərbaycanın qeyri-neft sektorlarında fəaliyyətini genişləndirmək niyyətindədir. Bu istiqamətdə atılan mühüm addım bankın yerli valyutada (manatda) istiqrazlar buraxan ilk çoxtərəfli maliyyə institutu olması idi ki, bu da ölkənin maliyyə sektorunun inkişafına töhfə verdi.

QDTİB aşağıdakı layihələrə diqqət yetirəcək:

- iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılmasına töhfə vermək;

- yerli istehsalın inkişafı hesabına idxaldan asılılığı azaltmaq;

- texnoloji “nou-hau”ların Azərbaycana transferini asanlaşdırmaq;

- kiçik, mikro və orta biznesi dəstəkləmək, ekoloji cəhətdən təmiz texnologiyalara investisiya cəlb etmək;

- QDTİB tərəfdaşlarına bərpaolunan enerji mənbələrinə (su enerjisi, külək və günəş enerjisi) investisiyalar vasitəsilə karbon izlərini azaltmaqda kömək etmək, tikinti, nəqliyyat və sənayedə enerji səmərəliliyini artırmaq.

Bundan əlavə, QDTİB fəaliyyətinin mühüm istiqaməti iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaqda şirkət və təşkilatlara dəstək olacaq. Tikinti və daşınmaz əmlak, infrastruktur, aqrobiznes, mədənçıxarma və kommunal xidmətlər kimi iqlim risklərinə ən çox məruz qalan sektorlara xüsusi diqqət yetiriləcək. Bu yolla QDTİB Azərbaycanın davamlı iqtisadi artımını dəstəkləməyə, iqtisadiyyatın diversifikasiyasını təşviq etməyə və onun ekoloji dayanıqlığının artırılmasına davam edəcək.

- Azərbaycanın və Qara Dəniz Bankı üzvü ölkələri arasında maliyyə və iqtisadi əlaqələrin gücləndirilməsi üçün hansı addımlar atılır?

- QDTİB üzv ölkələrdə iqtisadi inkişafı dəstəkləmək və ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına kömək etmək məqsədini daşıyan ikiqat mandat əsasında fəaliyyət göstərir. Bankın maliyyələşdirdiyi bütün layihələr bu istiqamətlərdən ən azı birinə uyğun olmalıdır. Fəaliyyətimizin əsas aspektlərindən biri də məhz iştirakçı ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsidir. Məsələn, QDTİB SOCAR-ın Ukrayna və Türkiyədəki törəmə müəssisələrinin fəaliyyətini fəal şəkildə maliyyələşdirib, bu da ölkələr arasında sərhədaşan əməkdaşlığın inkişafına və iqtisadi əlaqələrin gücləndirilməsinə kömək edib. Biz belə layihələrin həyata keçirilməsini davam etdirməyə və digər üzv ölkələrdəki investisiyalara maraqlı olan azərbaycanlı şirkətləri dəstəkləmək məqsədilə yeni təşəbbüsləri nəzərdən keçirməyə hazırıq. Biz azərbaycanlı investorların beynəlxalq layihələri maliyyələşdirməyə dair ehtiyacları barədə təklif almağı səbirsizliklə gözləyirik və onların həyata keçirilməsində lazım olan dəstəyi göstərməyə hazırıq.

- Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın ekoloji cəhətdən dayanıqlı layihələrinin həyata keçirilməsinə necə kömək edir?

- Bank Azərbaycanda ekoloji cəhətdən dayanıqlı layihələri dəstəkləməyə çalışır və bərpaolunan enerji mənbələri sahəsində təşəbbüslərdə iştirak etmək imkanlarını aktiv şəkildə nəzərdən keçirir. Hazırda biz bu sahədə bir sıra perspektivli layihələrlə bağlı yerli tərəfdaşlarla danışıqlar aparırıq. İqlim strategiyamız, Ortamüddətli strategiyamız və Biznes planımıza uyğun olaraq, biz Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində məqsədlərinə nail olmasına kömək etməyi hədəfləyirik. Bank ekoloji əhəmiyyətli layihələri maliyyələşdirmək və daha dayanıqlı iqtisadiyyata keçidi, həmçinin ətraf mühitə təsirin azaldılmasını dəstəkləmək üçün səylərini davam etdirəcək.

- Qara Dəniz Ticarət və İnkişaf Bankının yaxın 5 ildə Azərbaycanda fəaliyyətini genişləndirmək üçün hansı planları var?

- 2025-2026-cı illər üçün strateji sənədimizə əsasən, QDTİB özünün əsas məqsədi kimi “dayanıqlı və idarə olunan artımı” maliyyələşdirmə yolu ilə iqtisadi inkişafı dəstəkləyən və mümkün olduğu halda regional əməkdaşlığı təşviq edən layihələrə yönəldir. Kapitalın artırılması və regional geosiyasi çağırışların müvəffəqiyyətlə aşılması bizə portfelimizi genişləndirməyə imkan verir və bu zaman biz artıma balanslı yanaşmanı qoruyuruq. Azərbaycandakı fəaliyyətimizi genişləndirmək bu strategiyanın bir hissəsidir. Biz ölkədəki mövcudluğumuzu, xüsusən də iqtisadi diversifikasiyaya kömək edən sahələrdə gücləndirməyə çalışırıq. Əsas diqqət qeyri-neft sektorlarında kiçik və orta biznesin dəstəklənməsinə yönələcək, bu da yeni iş yerlərinin yaradılmasına və inkişafın əhəmiyyətli dərəcədə təsir göstərməsinə kömək edəcək. QDTİB özəl sektorun inkişafını stimullaşdıran layihələri maliyyələşdirməyə, xüsusən də yüksək potensiala malik sahələrdə, məsələn, ticarət maliyyələşdirməsi və maliyyə sektoru, energetika və infrastruktur, istehsalat, kənd təsərrüfatı və aqrobiznes, neft-kimya sənayesi, nəqliyyat, daşınmaz əmlak və turizm sahələrində açıqdır. Bizim prioritetimiz orta ölçülü layihələrdir ki, bu layihələr yalnız iqtisadi artımı təşviq etmir, həm də regional əməkdaşlığı gücləndirir. Portfelimizdə artıq Azərbaycan şirkətlərinin iştirak etdiyi, eyni zamanda Qafqazda və Türkiyədə genişlənməyi planlaşdıran təşəbbüslər var ki, bu da bankın mandatına tam uyğundur. Həmçinin biz Azərbaycan bankları ilə əməkdaşlığı daha da dərinləşdiririk. Bu çərçivədə mövcud ticarət maliyyələşdirmə xətləri uzadılacaq və KOB-ların kapitala çıxışını genişləndirmək üçün yerli valyutada maliyyələşdirmə daxil olmaqla yeni ortamüddətli kreditləşmə mexanizmləri hazırlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək