Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri kulinariya çempionatında uğur qazanıblar
Qəbələ, 19 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Gənc Kulinarların VI Respublika Çempionatında uğurla iştirak ediblər.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tələbələr Milli Kulinariya Assosiasiyasının 40 illiyi münasibətilə keçirilən yarışda öz peşə bacarıqlarını nümayiş etdirərək, “Region paxlavası” nominasiyası üzrə birinci yerə layiq görülüblər.