“Qəbələ” futbol klubunun qış hazırlıq planı müəyyənləşib
Bakı, 29 dekabr, AZƏRTAC
"Qəbələ” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, klub Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək.
Baş məşqçi Elmar Baxşıyevin rəhbərlik etdiyi klub məşqlərini Bakıda keçirəcək. “Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bölgə təmsilçisi yanvarın 10-da “Neftçi” ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq matçdakı rəqib “Sumqayıt” olacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də başa çatacaq. “Qırmızı-qaralar” XIV turun matçında səfərdə “Zirə” ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]