“Qəbələ” klubu heyətini İlqar Qurbanovla gücləndirib
Bakı, 31 may, AZƏRTAC
2017/2018-ci il mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini İlqar Qurbanovla gücləndirib.
AZƏRTAC xəbər verir ki, mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirən “qırmızı-qaralar” 31 yaşlı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalayıb.
İ.Qurbanov peşəkar futbolçu karyerasına 2004-cü ildə “Xəzər-Lənkəran”da başlayıb. 2007-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2009-2010-cu illərdə “Olimpik-Şüvəlan”, 2011-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib.
Türkiyədə legioner həyatı yaşayan futbolçu “Sivasspor” (2007-2008-ci il), “Boluspor” (2008-2009-cu il) və “Mersin İdman Yurdu”nda (2010-2011-ci il) çıxış edib.
Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb. İlqar Qurbanov Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]