Qəbələ rayonu ilə Belarusun Qrodno şəhəri arasında əlaqələrin perspektivləri müzakirə olunub
Qəbələ, 15 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti Qəbələ rayonu ilə Belarusun qardaşlaşmış Qrodno şəhərində işgüzar səfərdə olub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti şəhər rəhbərliyi ilə görüşüb. Görüşdə Qrodno şəhəri ilə Qəbələ rayonu arasında əlaqələrin perspektivləri müzakirə olunub.
Nümayəndə heyəti Qrodno şəhərinin sənaye, idman obyektləri, istehsal, təhsil müəssisələri, tarix-mədəniyyət abidələri və turizm potensialı, eləcə də Belarus xalqının mədəniyyəti, folkloru, adət-ənənələri ilə yaxından tanış olub, Qrodno şəhərinin 895-ci ildönümünə həsr olunmuş “Şəhər günü” bayram tədbirlərində iştirak edib.