Qəbələ sakininin evindən sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb
Bakı, 11 iyun, AZƏRTAC
Əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarağan kənd sakini, əvvəllər məhkum olunmuş Cümşüd Mürsəlovun kənddə yaşadığı evə baxış keçirilib. Nəticədə evdən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]