Qəbələdə 10 min manat dəyərində tütün məmulatları oğurlayan Zaqatala rayon sakini saxlanılıb
Bakı, 2 iyun, AZƏRTAC
Qəbələ rayonunun Zarağan kəndində tütün məmulatlarının topdan satışı ilə məşğul olan mağazadan 10 min manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlanması barədə polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, müraciət əsasında Qəbələ və Zaqatala Rayon Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Tofiq Məmmədov saxlanılıb.
Həmin şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı siqaretləri Bakı və Sumqayıt şəhərlərində satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]