Qəbələdə 4 tondan çox narkotik tərkibli bitki məhv edilib
Qəbələ, 13 iyun, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbir zamanı Nic qəsəbəsi ərazisində yabanı halda bitən, ümumi çəkisi 4 ton 170 kiloqram olan 8100 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.