Qəbələdə Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilmişdir
Qəbələ, 21 yanvar (AZƏRTAC). Qəbələdə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhərindəki abidə kompleksinin qarşısında keçirilən mərasimdə qəhrəman oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların müqəddəs ruhuna dualar oxunmuşdur. Çıxış edənlər 24 il əvvəl sovet ordusu tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışlar.
Qanlı Yanvar faciəsinin 24-cü il ildönümü ərəfəsində rayonun bütün idarə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, mərkəzi rayon kitabxanasında, təhsil müəssisələrində “dəyirmi masa”lar, yığıncaqlar təşkil edilmiş, məktəblərdə faciə ilə bağlı dərslər keçirilmişdir.