“QƏDİM QUBA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTLƏ TANIŞLIQ
Azərbaycan Prezidentinə məlumat verilərək bildirildi ki, burada toxunan məşhur Quba xalçalarına sifarişlər çox olur və onlar xarici ölkələrə də satılır. Burada çalışan 100-dən çox xalçaçının əmək haqları getdikcə artırılır.
Prezident İlham Əliyev müəssisənin istehsal gücünün artırılması üçün tədbirlər görülməsi və kreditlərin ayrılması barədə tapşırıqlar verdi, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Qədim Quba” müəssisəsi ilə tanış oldum. Şirkətin böyük potensialı vardır. Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar yeni iş yerlərinin açılmasına imkan yaradır. Əminəm ki, Qubada yeni iş yerlərinin açılması istiqamətində bundan sonra da uğurlu addımlar atılacaqdır. Şirkətin kollektivinə yeni uğurlar arzulayıram.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
20 iyul 2004-cü il”.
Dövlətimizin başçısına üzərində onun portreti toxunmuş nəfis xalça hədiyyə edildi.