Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Qərbi azərbaycanlıların mədəni, milli, siyasi hüquqları geri qaytarılmalıdır - RƏY

Qərbi azərbaycanlıların mədəni, milli, siyasi hüquqları geri qaytarılmalıdır - RƏY

Bakı, 16 yanvar, AZƏRTAC

Ayrı-seçkiliklərin baş verdiyi bugünkü ədalətsiz dünyada BMT dayanmadan müxtəlif məsələlərlə bağlı bəyannamələr qəbul edir, insan haqlarını “müdafiə edən” qurumlar tərəfindən uzun-uzadı yazılar yazılır. 1963-cü il tarixli BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Bəyannamə özündə 4 əsas məsələni ehtiva edir:

İrqi fərqlərə əsaslanan hər hansısa üstünlük fəlsəfəsi elmi cəhətdən saxta, əxlaqi cəhətdən çirkin, sosial cəhətdən ədalətsiz, təhlükəlidir və irqi ayrı-seçkiliyə nə nəzəri, nə də praktik baxımdan bəraət qazandırılmır;

İrqi ayrı-seçkilik – və daha da çoxu, irqi üstünlük və ya nifrətə əsaslanan hökumət siyasətləri - əsas insan hüquqlarını pozur, millətlər arasında dostluq və sülh münasibətlərinə, xalqlar arasında əməkdaşlığa, habelə beynəlxalq sülh və təhlükəsizliyə mane olur;

İrqi ayrı-seçkilik yalnız onun obyektləri olan şəxslərə deyil, həmçinin, onu təcrübədən keçirən şəxslərə də zərər verir;

Nifrət və bölünmə yaradan amillər olan irqi ayrı-seçkilik və seqreqasiyadan azad bir dünyanın qurulması BMT-nin əsas məqsədidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Qərbi Azərbaycan milli-mədəni inkişaf” İctimai Birliyinin təsisçisi Seyid Aynur səsləndirib. O bildirib: “Ayrı-seçkiliyin olmaması və bərabərlik prinsipləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də təsbit edilib. Orada qeyd olunub: “Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar” (Maddə 1). Ləyaqət və hüquq bərabərliyi anlayışı müasir demokratiyaya daxildir və beləliklə, dövlətlər müxtəlif azlıqları və həssas qrupları bərabər olmayan rəftardan qorumağa məcburdurlar. Bu Bəyannamənin 2-ci maddəsində deyilir: “Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır”.

O qeyd edib ki, illər əvvəl televiziya kanallarının birində yayımlanan verilişdə yarışan iştirakçıların adada yaşayan nadir növ sayılan timsahı kəsib yeməsindən hiddətlənib ayağa qalxan ictimai birliklər, canlıların həyatını qorumağın nə dərəcə vacib olduğundan dəm vuran bütün beynəlxalq təşkilatlar Qafqazda ən böyük köçürülməyə məruz qalmış Qərbi azərbaycanlıların da səsinə səs verməlidirlər.

“Yadınıza yaxın keçmişdə ermənilərin Qarabağdan könüllü gedərkən silah gücünə onilliklər boyu yiyələndikləri azərbaycanlıların ev-eşiklərinə od vurub, evlərdən sanitar qovşaq aksesuarlarını qucaqlayıb aradan çıxan ermənilərdən müsahibə alan dünya mediası öz yurdlarından zorla çıxarılan azərbaycanlılardan bəs niyə danışmır? Bunun bir cavabı var: Onlar, sadəcə, dövlətimizin Qafqaz regionunda daha da güclənməsindən qorxurlar. Avropa Parlamentinin, Avropa Şurasının nə üçün ağzına su alıb bu barədə heç nə danışmadığının əsl səbəbi də elə budur.

Bəli, cənablar, Qərbi azərbaycanlıların mədəni, milli, eyni zamanda, siyasi hüquqları geri qaytarılmalı, vurulmuş maddi və mənəvi zərər ödənilməli, viran edilmiş torpaqlarımızın yenidən dirçəldilməsi, bununla bağlı təzminatların ödənməsi kimi onlarla məsələ beynəlxalq hüquq müstəvisində öz həllini tapmalıdır”, - deyə Seyid Aynur əlavə edib.

O, həmçinin insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik, nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına açıq məktub ünvanladığını da xatırladıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Bakıdakı cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək

Azərbaycan neftinin qiyməti 77 dollardan aşağı düşüb

Somali Prezidentinin Azərbaycana səfəri başa çatıb

Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC birgə layihələr həyata keçirəcəklər

Xarici bazarlara nar ixracı artıb

ABA: Ötən il bank sektorunun əldə etdiyi faiz gəlirləri 4 milyard manat olub

“Bu divarlar bizim üçün çox doğmadır...” – 69 yaşlı AzTV-dən REPORTAJ

Mərkəzi Bank 4 innovativ məhsulu sınaqdan keçirir

Cənubi Koreyada hoteldə baş verən yanğında 6 nəfər ölüb

Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsi əsaslı şəkildə yenidən qurulub VİDEO

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilir

Oxumaq gözəldir, paylaşmaq daha gözəl - Beynəlxalq Kitab Bağışlama Günü

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Bu gün 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayır

Tənhalıq müəyyən xəstəliklərin riskini artıra bilər - ARAŞDIRMA

“CNN Türk” telekanalı: Xocalı – əbədi yaşar faciə

Monteneqroda 74 yeni çimərlik zonası yaradılıb

Qazaxıstanda qədim türk artefaktı aşkar edilib

Almaniya ordusunun döyüş hazırlığı aşağı düşüb

Etna vulkanında yenidən lava axını müşahidə olunub

Çimərlik voleybolçularımız Misirdə dünya çempionatında iştirak edəcəklər

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb

Avropa Liqası: “Qalatasaray” məğlub olub, “Ayaks” qalib gəlib

Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Bu gün 75-ci Berlin Beynəlxalq Film Festivalı start götürüb

Konfrans Liqasında pley-off mərhələsi 4 oyunla start götürüb

Avropa Liqası: “Fənərbağça” İstanbulda Belçika klubunu darmadağın edib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub

İmişlidə iki avtomobil toqquşub, xəsarət alan var VİDEO

Azərbaycanın fiqurlu konkisürəni Avropa Gənclər Qış Olimpiya Festivalında çıxışını başa vurub

Şahmat üzrə ölkə çempionatında final mərhələsinin ilk oyunları keçirilib

Robert Kennedi ABŞ-ın Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi oldu

Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib

İstanbulun tarixi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO

Polşada Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyeva adına təqaüd proqramı təsis olunub

Mərmərə Qrupunun rəhbəri: COP29-un uğurlu təşkili Azərbaycanın beynəlxalq aləmdəki rolunun göstəricisi oldu

Vato Şakarişvili: Avropa İttifaqı artıq beynəlxalq siyasətin subyekti deyil

Naxçıvanda quş qripinə qarşı epizootoloji monitorinqlər aparılır

Səməd Seyidov: Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində ən vacib həlqələrdən birinə çevrilib

“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub

® “Birbank”ın baş icraçı direktoru: “Birbank Bir ekosisteminin mərkəzindədir və bu təqdimat yeni bir dövrün başlanğıcıdır!”

Dövlət Turizm Agentliyi 2024-cü il üzrə onlayn xəbər bülleteni hazırlayıb

“Bəylikdən cahan dövlətinə Osmanlılar” kitabı Türkiyədə nəşr olunub

Fermerlərin etirazı Kir Starmerin səfərini yarımçıq qoyub

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib

Ölkəmizin sosial xidmət sahəsinin nümayəndələri Türkiyə təcrübəsini öyrəniblər

“Qərbi Azərbaycan tədqiqatları: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib

Yasamal Sosial Xidmət Mərkəzində “Açıq qapı” keçiriləcək

Rəşad Nəbiyev: Qazanılan nəticələr Azərbaycanın cüdo dünyasının qabaqcıl ölkələrindən birinə çevrilmək yolunda olduğunu təsdiqləyir

ADA məktəbliləri üçün Ədliyyə Nazirliyində infotur təşkil edilib

Britaniyanın maliyyə naziri iş təcrübəsini şişirtməkdə ittiham olunur

Münxendə avtomobili insanların üzərinə sürən şəxsin əfqan miqrant olduğu müəyyən edilib

Azərbaycanın mürəkkəb geosiyasi mənzərələrdə naviqasiya qabiliyyəti onu regional sabitliyin əsas aktoruna çevirir - RƏY

Azərbaycanın xarici siyasəti daxili siyasətinin davamıdır - ŞƏRH

“Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib YENİLƏNİB

ABŞ-da böhtan kampaniyalarına cəlb edilən media vasitələrinin siyahısı açıqlanır

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılır

İƏT mədəniyyət nazirləri Kazan şəhərini 2026-cı il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan ediblər

Azərbaycan-Çin strateji tərəfdaşlığı dinamik inkişaf edir - ŞƏRH

Prezident İlham Əliyev Çin telekanalına müsahibəsində ölkəmizin hədəflərini dünyaya bir daha bəyan etdi - ŞƏRH

Çin Ukraynada sülhə nail olunması ilə bağlı ABŞ və Rusiyanın planını alqışlayıb

Miras Jienbayev: Yaşıl energetikanı inkişaf etdirmək təşəbbüsünü irəli sürən Azərbaycan enerji sahəsində regional münasibətlərə vizyonunu təqdim edir MÜSAHİBƏ

AMEA-da Süleyman Dəmirəl Universitetinin rektoru ilə görüş olub

Bəxtiyar Vahabzadəsiz 16 il - Böyük şairin ev muzeyindən xüsusi REPORTAJ VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranma gününü qeyd edib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Məclisin sədri və Somali Prezidenti birgə işçi nahar ediblər

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı iki dövlətin milli maraqlarını əks etdirir – ŞƏRH

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“E-sosial” portalı və “Əmək və Məşğulluq” e-sistemi ABŞ-da keçirilən müsabiqənin qalibi olub

Ərəb və Aralıq dənizi dövlətləri meşə yanğınları ilə mübarizə üçün şəbəkə yaradacaqlar

İtaliya ilə Azərbaycan arasında işgüzar forumların təşkili nəzərdən keçirilib

“Bir kəmər, bir yol” –yeni coğrafi xəritə, dostluq körpüləri və yeni üfüqlər ŞƏRH

Azərbaycanın stolüstü tennisçilər Türkiyədəki yarışda finala yüksəliblər

Zimbabvedə avtobusla yük maşınının toqquşması nəticəsində azı 24 nəfər ölüb

Sumqayıt şəhərində 595 kilometrlik magistral və paylayıcı su xətlərinin inşası nəzərdə tutulub

Biləsuvarda 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb

Arxeoloqlar Qüdsdə 9 min il yaşı olan altıbarmaqlı şaman qadının qalıqlarını tapıblar

Dövlət istiqrazlarından əldə olunan vəsaitlə investorlara 1,9 milyard manat borc ödənişi edilib

Azərbaycan Milli QHT Forumu USAID-lə əlaqədar ABŞ Prezidentinə və DOGE rəhbərinə müraciət ünvanlayıb YENİLƏNİB VİDEO

Ali Məhkəmə: Qanunsuz ağac kəsənlərə kömək edənlər də eyni cinayəti törətmiş hesab oluna bilər

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

R.N.Mahmudun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları medallarla təltif olunublar

Ötən ay pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan məhsulun dəyəri açıqlanıb

Bosniya və Herseqovinanın Serbska Respublikasında xarici bayraqlardan istifadə qadağan olunub

Özbəkistanlı tələbələr Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində akademik təcrübə keçəcəklər

Qazax teatrında “Səsin mənəm, Xocalı!” adlı səhnə əsəri nümayiş etdiriləcək

Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Ermənilərin Təpəbaşı məscidində içki istehlak etməsinə beynəlxalq təşkilatlar münasibət bildirməlidir  – RƏY

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan cüdoçusu Bakıdakı “Böyük Dəbilqə” turnirini buraxacaq

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

İtaliyanın Luiss Universitetinin nümayəndə heyəti ADA Universitetində görüşlər keçirir: əməkdaşlıq genişləndirilir VİDEO

Laşa Darsaliya: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı nümunədir

Türkiyə və Pakistanın liderləri iki ölkə arasında dostluğun sarsılmaz olduğunu bildiriblər

Münxendə avtomobilin mitinq iştirakçılarının üzərinə hərəkət etməsi nəticəsində azı 20 nəfər xəsarət alıb YENİLƏNİB