Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur
Bakı, 2 aprel, AZƏRTAC
Vergi Məcəlləsində edilmiş dəyişikliklərə görə, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər nə qədər vergi ödəməlidirlər? Bu, vergiödəyicisinin gəlirindən aslıdırmı?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin cari il yanvarın 1-dən qüvvəyə minən müddəalarına əsasən, illik gəlirin həcmindən asılı olmayaraq qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Hesabat ili ərzində əldə olunan gəlirlər üzrə növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisinin bəyannaməsi vergi orqanına təqdim edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]