QƏZZƏ ŞƏHƏRİ HƏBSXANASINDA KAMERAYA QUMBARA ATILMIŞDIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Qəzzə şəhəri həbsxanasında baş vermiş partlayış nəticəsində yeddi fələstinli məhbus yaralanmışdır. Fələstin təhlükəsizlik qüvvələrinin nümayəndələri bildirmişlər ki, keşikçilərdən biri İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli sayılan məhbusların saxlandığı kameraya qumbara atmışdır. Güman edilir ki, əsas məqsəd həmin kamerada olan Valid Həmdiyyəni öldürmək olmuşdur. O, Fələstin silahlı qruplaşmaları liderlərinin gizləndiyi yer barədə məlumatı İsrailə ötürməkdə ittiham edilir. Həmdiyyə və onun kamera yoldaşı ağır yaralanmışlar.
İsrail ordusunun nümayəndələri həmin hadisədə əli olduqlarını inkar edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]