Azərbaycan Dövlət İnformasiya Agentliyi

QHT sədri: Azərbaycan diasporu vahid milli ideya ətrafında sıx birləşib

QHT sədri: Azərbaycan diasporu vahid milli ideya ətrafında sıx birləşib

Bakı, 21 aprel, AZƏRTAC

Dünya Azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğunun əsasını qoyan ulu öndər Heydər Əliyev xaricdə yaşayan soydaşlarımıza hər zaman yüksək diqqət və qayğı göstərib. Azərbaycan diasporuna dövlət qayğısının əsası məhz Ümummilli Liderimiz tərəfindən qoyulub. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edərkən dünya azərbaycanlılarının necə və hansı ideologiya ətrafında təşkilatlanacağına dair təsəvvürləri yox idi. Çünki ortada böyük boşluq var idi - həmvətənlərimizi öz ətrafında birləşdirəcək lider və ideologiyanın olmaması. Ümummilli lider Heydər Əliyev diaspor quruculuğunda məhz bu iki amilin əsasını qoyaraq dünya azərbaycanlılarını bir araya gətirəcək lider kimi hər kəsi azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Burada əsas məqsəd vətənindən uzaq düşən həmvətənlərimizin Azərbaycanla bağlarını bərpa etmək idi. Bu məqsədlə keçirilən dünya azərbaycanlılarının qurultayları və Ulu Öndərin qurultay iştirakçılarına ünvanlanan çıxışları diasporumuzun ideoloji bazasının formalaşmasında mühüm rol oynadı. Məhz bu dönəmdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xaricə üz tutan və sovetlər dönəmində vətəni ilə əlaqələri kəsilən soydaşlarımızın davamçılarının müstəqil Azərbaycana yenidən qayıdışı baş verdi.

Əlbəttə ki, onların nə hiss etdiklərini və düşüncələrini məhz Ulu Öndərlə keçirilən görüşlərdə görmək olardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

QHT sədrinin sözlərinə görə, dünyada çox nadir ölkələr var ki, onların diasporla işini ələqələndirən ayrıca bir qurum olsun. Məhz Ulu Öndər diaspor quruculuğuna böyük önəm verdiyindən 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təsis edilməsinə qərar verilmişdi. Sonralar Diasporla İş üzrə Dövlət Komitəsi adlandırılacaq bu qurum azərbaycanlıların diaspor fəaliyyətinin koordinasiya olunmasında mühüm və davamlı işlər aparıb.

“2006-cı ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Dünya Azərbaycanlılarının ll, lll və lV qurultayları onu deməyə əsas verir ki, dövlətimizin siyasəti həm diasporumuzun daha da güclənməsinə, həm də haqq işimizdə və xarici ölkələrdə Azərbaycan maraqlarının müdafiəsində diasporumuzun rolunu artırmaq olub. Keçirilən bütün qurultaylarda diasporumuzun qarşısında duran əsas çağırışlar və hədəflər müzakirə olunaraq hər keçirilən qurultaydan sonra diasporumuz keyfiyyətcə yeni mərhələyə qədəm qoyurdu, hədəflərə daha çox yaxınlaşırdı. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev qurultaylardakı çıxışlarında azərbaycanlıları daha fəal olmağa, vətənlərinin maraqlarını ən üst səviyyədə tutmağa və torpaqlarımızın işğaldan azad olunması üçün davamlı fəaliyyət göstərməyə çağırıb. Eyni zamanda, Prezident İlham Əliyev və Azərbaycan dövləti hər zaman diasporumuzun yanında olaraq onlara dəstək olmağa, Azərbaycan təşkilatlarının güclənməsində həmvətənlərimizə lazım olan dəstəyi nümayiş etdiriblər. Dövlətimizin başçısının bu sahədə apardığı ən uğurlu siyasəti isə məhz diasporumuzun milli ruhda formalaşmasına xidmət edib. Bu məqsədlə yalnız qurultaylarda deyil, ayrı-ayrı zamanlarda soydaşlarımızın öz vətəninə müntəzəm səfərləri təşkil olunaraq müxtəlif mədəni proqramlar keçirilmiş və “Vətən uzaqda deyil” mesajı verilib”, - deyə V.Əhmədov qeyd edib.

QHT sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin apardığı uzaqgörən və məqsədyönlü diaspor siyasəti məhz yeni nəsil diasporun meydana çıxmasına səbəb oldu. Diaspor quruculuğuna xaricdə təhsil almış böyük gənclər ordusunun axını və onların iştirakı ilə dünyanın aparıcı ölkələrində Azərbaycan icmalarının yaranması diaspor sahəsində yeni yanaşma idi. Bu icmalar əsas etibarı ilə xarici ölkələrin təhsil ocaqlarında yaranmaqla bu ölkələrin akademik çevrələrində, elm ocaqlarında və beyin mərkəzlərində Azərbaycanla bağlı daha dolğun və düzgün təsəvvürün formalaşmasında iştirak edirdilər. Eyni zamanda, diaspor təşkilatlarının xarici ölkələrdə keçirilən çoxsaylı layihələrinə dövlət dəstəyi göstərilib. İnformasiya kommunikasiya texnologiyalarından məharətlə istifadə edən Azərbaycan cəmiyyətləri və icmaları yaşadıqları ölkələrin qanunverici orqanlarına və ictimaiyyətinə müxtəlif petisiyalar və müraciətlər hazırlayaraq Azərbaycan maraqlarının lobbiçiliyində yeni ənənənin əsasını qoydular.

“Bu sahədə görülən ən vacib işlər sırasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüslərini və gördüyü işləri xüsusi ilə qeyd etmək lazımdır”, - deyə bildirən V.Əhmədov vurğulayıb ki, məhz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” adlı Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır, son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi yaradılıb.

QHT sədri diqqətə çatdırıb ki, çağdaş diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından və rəqəmsal medianın imkanlarından istifadə olunmaqla soydaşlarımızla mütəmadi və sıx əlaqələr qurulur. Görülən məqsədyönlü işlərin və dövlətin uğurlu diaspor siyasəti nəticəsində tam əminliklə demək olar ki, bu gün Azərbaycan diasporunun fəaliyyəti Strateji Yol Xəritəsi əsasında həyata keçirilir və milli həmrəylik ən yüksək səviyyədədir. Milli məsələlərdə Azərbaycan diasporu çox böyük həmrəylik nümayiş etdirərək milli maraqlardan çıxış edir. Azərbaycanın dövlət və milli maraqlarının müdafiəsi işində diasporun rolunun biz 44 günlük Vətən müharibəsi ərəfəsində bir daha şahidi olduq. Belə ki, Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmiş, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etmiş, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərib. Xüsusilə ABŞ-ın müxtəlif ştatlarında, eləcə də Avropa ölkələrinin paytaxt şəhərlərində diaspor təşkilatlarının nümayəndələri və soydaşlarımız keçirilən yürüşlərdə xüsusi fədakarlıq nümayiş etdiriblər. Şübhəsiz ki, bütün bunlar diasporumuzun vahid milli ideya ətrafında sıx birləşməsindən xəbər verir.

“Qürur hissi ilə qeyd etməliyəm ki, Dünya Azərbaycanlılarının V Qurultayının azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda keçirilməsinin böyük rəmzi mənası var. İllərdir ki, Qarabağın azad olunması uğrunda soydaşlarımız və diasporumuz səfərbər olaraq ardıcıl və yorulmadan fəaliyyət göstərdi. Məhz Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində azad olunan Şuşa tezliklə dünya azərbaycanlılarını bir araya gətirəcək. Şübhəsiz ki, bu reallıq dünya azərbaycanlılarının Lideri, hər zaman milli və dövlət maraqlarından çıxış edən Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün oldu.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb