Qida Təhlükəsizliyi İnstitutunda beynəlxalq ekspertlə görüş keçirilib
Bakı, 11 yanvar, AZƏRTAC
Avropa İttifaqının dəstəyi ilə keçirilən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvininq layihəsi davam edir.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində fitosanitar məsələlər üzrə beynəlxalq ekspert Gintaras Lapinskas Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri ilə görüşüb.
Beynəlxalq ekspert Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin laboratoriya modulunun fəaliyyəti, keyfiyyət idarəetmə sistemi, Mərkəzi Fitosanitar Laboratoriyasının iş prinsipi, bitki və bitkiçilik məhsullarında pestisid qalıqlarının müəyyən ediməsində istifadə olunan müayinə metodları və avadanlıqlar ilə yaxından tanış olub və institutun əməkdaşları ilə keçirilən görüşlər zamanı laboratoriyalarda işin təşkili, maddi-texniki bazanın gücləndirilməsi, müayinə metodlarının inkişafı istiqamətində ardıcıl həyata keçirilməli tədbirlər barədə tövsiyələr verib.
İnstitutun mütəxəssisləri beynəlxalq ekspert ilə geniş fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]