Qırğızıstan portalları Azərbaycan Prezidentinin Rusiyaya səfəri ilə bağlı materiallar yayıb
Bişkek, 12 yanvar, АZƏRTAC
Qırğızıstanın “goldenbridgenews.com” və “turkeltoday.info” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri, orada keçirdiyi görüşlərlə ilə bağlı AZƏRTAC-ın materiallarını yayıblar.
AZƏRTAC xəbər verir ki, portallar “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub”, “Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib”, “Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Prezidentinin bəyanatı”, “Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər” sərlövhəli materialların tam mətnini dərc ediblər.
Saytlar öz səhifələrində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatlarını da yerləşdiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek