CƏMİYYƏT
Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədrinin seçilməsi prosesi sonrakı mərhələdə bəlli olacaq
![Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədrinin seçilməsi prosesi sonrakı mərhələdə bəlli olacaq](/files/2023/3/1200x630/169805018796936977_1200x630.jpg)
Bakı, 23 oktyabr, AZƏRTAC
İkinci oxunuşda müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinə 6 aydan gec olmayaraq, istənilən halda ixtisas imtahanlarının keçirilməsi təklif olunur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin oktyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, digər təklif Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədrinin səsverməsi ilə bağlıdır: “Təklif olunur ki, sədrin açıq və qapalı səsverməsi məsələsi sonrakı mərhələdə müəyyən edilsin”.