Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
Bakı, 18 yanvar, AZƏRTAC
Ötən il mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 8207 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən illə müqayisədə 104,1 faiz təşkil edib.
Yanvarın 1-nə olan vəziyyətə əsasən, 122 kiloqram hazır məhsul ehtiyatı qalıb.