CƏMİYYƏT
Qobu qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobu qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Qadir Muradov tutularaq istintaqa təqdim edilib. Qadir Muradovun üzərində axtarış aparılan zaman ondan 110 qram heroin və elektron tərəzi aşkarlanaraq götürülüb. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsi tanış olduğu tanımadığı şəxsdən əldə etdiyini bildirib. O, Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxsin barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.