Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılıb
Ankara, 26 oktyabr, AZƏRTAC
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, yayılan informasiyalarda Zirvə Görüşünün təşkili, iştirakçılar, növbəti üç ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyi və s. barədə türkdilli oxuculara ətraflı məlumat verilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara