“QS STARS” audit nəticələrinə əsasən UNEC 5 ulduza layiq görüldü
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 95 illik yubileyi ərəfəsində yeni uğura imza atıb.
Dünyanın nüfuzlu reytinq agentliklərindən olan “QS Quacquarelli Symonds” tərəfindən aparılmış “QS Stars” auditində 7 kateqoriya üzrə maksimal 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 9 fərqli kateqoriya üzrə aparılan auditdə UNEC-in tədris prosesi, məzunların məşğulluğu, idarəetmə sistemi, infrastrukturu, maliyyə, inklüziv mühiti, sosial aktivlik, beynəlxalq əməkdaşlıqla bağlı fəaliyyətləri maksimum 5 bal ilə qiymətləndirilib. Bu nəticə universitetdə həmin sahələr üzrə fəaliyyətin dünya standartlarına uyğun həyata keçirildiyini bir daha təsdiqləyir.
UNEC beynəlxalq istiqamətdə dünyanın qabaqcıl ali təhsil və tədqiqat müəssisələri ilə qurduğu güclü əlaqələr, eləcə də ikili diplom, mübadilə proqramlarının effektiv tətbiqi nəticəsində bu göstəriciyə nail olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:54]
Məktəblilər Türk dünyasının ortaq dəyərlərini nümayiş etdiriblər
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [16:55]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:50]