Quba şəhərində 22 küçənin asfaltlanmasına başlanılıb
Quba, 7 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərinin ən böyük yaşayış massivlərindən olan 32 və 33-cü məhəllələrindəki yolların asfaltlanmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abadlıq işləri aparılan yaşayış massivində 22 küçə mövcuddur. Küçələrin ümumi uzunluğu isə 16 kilometrdən çoxdur. Bu məhəllələrdə qırx ilə yaxındır ki, əhalinin məskunlaşması başlanılıb. Minə yaxın yaşayış evi olan massivin əhalisi uzun illərdir yollarının narahatlığı səbəbindən problemlərlə qarşılaşırdılar.
Ərazidəki bütün küçələrin yanvar ayı ərzində tam asfaltlanması nəzərdə tutulur. Bununla yanaşı, küçələrdə səkilər abadlaşdırılacaq, müvafiq yerlərdə küçələrin genişləndirilməsi təmin olunacaq.