REGİONLAR
Qubada yanğın zamanı 4 nəfər xəsarət alıb VİDEO
Quba, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Dərk kəndində Mahur Məhərrəmova məxsus ümumi sahəsi 100 kvadratmetr olan üçotaqlı evdə yanğın olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın zamanı 4 nəfər xəsarət alıb. Onlardan bir nəfər, üz və əl nahiyəsindən yanıq xəsarətləri alan Rəhilə Məhərrəmova Qonaqkənd qəsəbəsindəki xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı evə bitişik tövlə də yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Evi yanan Mahur Məhərrəmovun iki oğlu Birinci Qarabağ müharibəsində şəhid olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:54]
Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi
- 06.05.2024 [15:39]
Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]
Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək
- 05.05.2024 [23:10]
Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib
- 05.05.2024 [12:00]