Qubadlının Teymur Muskanlı kənd tam orta məktəbində Bilik Günü qeyd olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Qubadlı rayon Teymur Muskanlı kənd tam orta məktəbində Bilik Günü qeyd olunub.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi və valideynlər çıxış ediblər. Çıxışlarda Bilik Gününün təsis tarixindən, həmçinin ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışılıb.
Çıxış edənlər bu il məktəb həyatına qədəm qoyan uşaqları təbrik edib, onların ölkəmizə və xalqımıza layiqli bir vətəndaş kimi yetişəcəklərinə əmin olduqlarını bildiriblər.
İlk zəng çalındıqdan sonra şagirdlər sinif otaqlarına daxil olublar.