Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qüdrətli Azərbaycan – yenilməz gənclik - Açıqlama

Qüdrətli Azərbaycan – yenilməz gənclik -  Açıqlama

Bakı, 16 oktyabr, AZƏRTAC

Ötən 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın prioritetləri arasında idman siyasəti önəmli yerlərdən birini tutub. Prezidentin qeyd etdiyi kimi, idmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Bu, Azərbaycanda belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında idman siyasəti üzrə şərhçi, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev deyib.

O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev prezidentliyinin ilk illərindən etibarən bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması nəticəsində ötən illər ərzində Azərbaycan həm də güclü idman ölkəsi kimi tanınıb, həm də beynəlxalq idman ailəsində layiqli yerini tutub.

Ekspert idmana dövlət tərəfindən göstərilən dəstəyin, dayanıqlı xarakter alan müsbət idman nəticələrinin, uğurların və qələbələrin beynəlxalq qurumların diqqətini cəlb etdiyini, onlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirib.

“Şübhəsiz, bu sahədə böyük uğurların təməlini Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kurs təşkil edir. Məhz 1993-cü ildə Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər sahələr kimi, idman da böyük sürətlə inkişaf etməyə başlayıb. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs bu gün öz gözəl nəticələrini verməkdədir.

Bu gün düşmən işğalından azad edilmiş ərazilərdə beynəlxalq yarışların təşkili xüsusi diqqət mərkəzindədir və bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilərin canlandırılması, həmin yerlərə insanların, ümumilikdə həyatın qayıtması prosesi çox sürətlə gedir. Uzun illər düşmən tərəfindən xarabazara çevrilmiş torpaqlarımızda Azərbaycanın tarixi Zəfərindən sonra genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Belə bir zamanda bu bölgələrdə beynəlxalq idman yarışlarının, tədbirlərin keçirilməsi həm də rəmzi məna daşıyır”, - deyə o qeyd edib.

Qüdrət Nuriyevin sözlərinə görə, Azərbaycanda idmanın inkişafını şərtləndirən amillərdən biri də ölkənin müasir idman infrastrukturuna malik olmasıdır. İndi nəinki Bakıda, eyni zamanda, bütün regionlarımızda ən yüksək standartlara cavab verən müasir Olimpiya İdman kompleksləri tikilir, idman mərkəzləri fəaliyyətini uğurla davam etdirir. İdmanın dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunması minlərlə yeniyetmə və gəncin hərtərəfli sağlam yetişməsinə, milli ruhda tərbiyə olunmasına geniş imkanlar yaradır.

“Prezident İlham Əliyev oktyabrın 15-də - xalqımız üçün çox əlamətdar olan bir gündə Xankəndidə, Sərsəng su anbarının ərazisində, Ağdərə və Xocalı şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Dövlətimizin başçısının Xankəndiyə səfəri zamanı çıxışında “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi” fikirləri xalqımızı qürurlandırdı”, - deyən ekspert vurğulayıb ki, bəli, 44 günlük şanlı Vətən müharibəsində gənclərimiz torpağa, yurda nə qədər bağlı olduqlarını bir daha nümayiş etdirdilər. Prezident İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən igid oğul və qızlarımız böyük ruh yüksəkliyi ilə silaha sarılaraq düşmən tapdağında olan torpaqlarımızı azad etdilər. Yazdığı yeni tarixlə Azərbaycan əsgəri qürur və milli ləyaqətimizi özümüzə qaytardı. Bu gün gənclərimizin hər biri öz fəaliyyətində bu möhtəşəm Zəfərə layiq olmağa çalışırlar. Onlar beynəlxalq arenalarda keçirilən yarışlarda qalib ölkənin idmançıları kimi böyük inamla mübarizə aparır, yüksək nəticələr qazanırlar. Təsadüfi deyil ki, Vətən müharibəsindən ötən illərdə müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatlarında idmançılarımız böyük uğurlara imza atıblar.

“Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi, həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgənin liderinə çevrilən, dünyada böyük nüfuz sahibi olan qüdrətli Azərbaycandan güc alan bugünkü nəsil yenilməzdir”, - deyə Q.Nuriyev əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada ilk qar

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb