Quldurluq yolu ilə paytaxt sakininin mobil telefonunu alan şəxs saxlanılıb
Bakı, 21 avqust, AZƏRTAC
Nəsimi rayonunda Bakı şəhər sakini S.Əhmədovu bıçaqla hədələyib quldurluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən paytaxt sakini M.Məmmədzadə rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları isə oğurluq etdiyinə görə tutulmuş S.Quliyeva ilə bağlı apardıqları əməliyyat tədbirləri ilə onun Ə.Həsənzadənin içərisində pul və bank kartları olan pulqabısını və S.Abuşovanın çantasından 100 manat məbləğində pul oğurlamasını da müəyyənləşdiriblər.
Faktlarla bağlı tədqiqat aparılır.