İDMAN
Qurban Qurbanov: "Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq"
Bakı, 24 avqust, AZƏRTAC
Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın Avropa Liqasının pley-off mərhələsində səfərdə "Şerif"ə 0:1 hesabı ilə məğlub olduğu ilk matçdan sonrakı mətbuat konfransında deyib.
İndi cavab oyununda xüsusi nəyisə dəyişmək haqda danışmaq tez olduğunu söyləyən Qurban Qurbanov qeyd edib ki, "Şerif" 1:0 hesablı qələbə qazansa da qrup mərhələsi üçün komandanın şansları qalır. “Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq", - deyə o vurğulayıb.
Moldova klubu ilə cavab matçı avqustun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:00]
Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb
- 06.05.2024 [13:51]
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
- 06.05.2024 [13:47]
Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb
- 06.05.2024 [13:12]
Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək
- 06.05.2024 [13:02]
Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO
- 06.05.2024 [12:41]
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
- 06.05.2024 [12:22]
Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq
- 06.05.2024 [11:21]